Demərəm


Demərəm

Göydən enmiş mələksən, mən sənə insan demərəm,
Hər yetən qəmzəliyə heç vədə canan demərəm.

Dodağın gül qönçəsi, yanağın da lalə kimi,
Hər mina gərdənə də sərvi-xuraman demərəm.

Hicrana dözməyə də təkcə adət eyləmişəm,
Edilən hər naləyə mən ahı-fəğan demərəm.

Qədəm qoy kandarıma  tək bircə gün mehmanım ol,
Hər gələn mehmana da istəkli mehman demərəm.

Əvəzin dərd-qəmi çox, indidən qəmxar gəzirəm,
Üzə gülüb can deyənə, inanıb can-can demərəm.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri