A dağlar



                 A dağlar

Gəlmişəm lələni ziyarət edəm,
Nərgizdən bir dəstə üzəm, a dağlar.
Ayna bulaqların suyundan içəm,
Yaşıl yaylaqlarda gəzəm, a dağlar.

Gəlmişəm qaymağa təzə bal qatam,
Çiçək döşəklərin üstündə yatam.
Hər çeşmə başında bir ocaq çatam,
Şişləri yan-yana düzəm a dağlar.

Heyf! Cavanlığı verdim küləyə,
Hanı nənəm toy ununu ələyə.
Qara zurna «Mirzeyi»ni mələyə,
Sındıram a dağlar, süzəm a dağlar.

Canım, Ciyərimdir Vətən torpağı,
Seçilmir aranı, seçilmir dağı,
Çıxam Yargələnə hər axşam çağı,
Əvəzi bu yolda üzəm, a dağlar.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri