Dayanmır


Dayanmır

Qəlbimin oduyla palıd yanırdı,
İndi ürəyimdə çırpı da yanmır.
Yandıq verə-verə gəlib yanımdan,
Gözəllər yan keçir, qarı dayanmır.

Qocalıq gəncliyi əvəz eylədi,
Məhəbbət gölünü dayaz eylədi.
Şəvə saçlarımı bəyaz eylədi,
Hələ də başımın qarı dayanmır.

Dağı dağ üstünə qoyardı canım,
Məni mərd öldürsə, halaldır qanım.
Vətən həsrətiylə nə qədər yanım?
Əvəz, yatan bəxtin niyə oyanmır?


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal