Dağlar


        Dağlar

Zirvənizdə boran, çovğun,
Ətəyiniz yazdı, dağlar.
Bir zamanlar şair Vurğun,
Sizdən dedi, yazdı dağlar.

Fərhad sizdə külüng çaldı,
Məhəbbəti nakəm qaldı.
Əsli köçdü, bu haldı,
Kərəm gəldi azdı dağlar.

Ulduzların çırağımdır,
Çəmənlərin varağımdır,
Küləklərin darağımdır,
Bu ərməğan azdı, dağlar.

Bu qaydadır, gələn gedər,
Ömür sürüb ölən gedər,
Dərdi, qəmi bilən gedər,
Bunlar hələ sözdü, dağlar.

Çən, dumanın karvan-karvan,
Çiçəklərin dərdə dərman.
Əvəz köçüb gedən zaman,
Deməyin ki, bezdi, dağlar.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri