Doymuram


             Doymuram

Ana yurdum, sehrikar gözəlsən,
Gözəlləşən novrağından doymuram.
Yolum düşür aranına, dağına,
Aranından, yaylağından doymuram.

Ballıdərə, Arazdibək, Ağbulaq,
Şoran çöllər dönüb olub çilçıraq.
Qibləgahsan, səcdəgahsan, a torpaq,
Sərvət dolu torpağından doymuram.

İşıqlının qənşərinə çıxmışam,
Buludların köynəyini sıxmışam.
Üçtəpədən Salvartıya baxmışam,
Baxmaq ilə oylağından doymuram.

Torpağının mayası var canımda.
Saf suların cövlan edir qanımda.
             Qoy keçməsin sənsiz bircə anım da
Əvəzinəm , qucağından doymuram.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri