Unutmaram


          Unutmaram

Yaşıl yaylaq, sərin bulaq, göy çəmən,
Qismət ola gəlib sizə baxam mən.
Ömür keçdi, həsrət qaldım Göyçəmə,
Buzovyala çətin bir çıxam mən.

             O torpağın mayasından güc aldım,
Yarpaq-yarpaq, budaq-budaq ucaldım,
Hicran dərdi qəddim əydi qocaldım,
Ömürüm çatmır, dərdi, qəmi yıxam mən.

Bu dünyanın özü boyda dərdi var,
Tufanlara tab gətirmir hər divar.
Bağban oldum özgə gəlib dərdi bar,
Günahları kimin üstə yıxım mən.

Neçə arzu yolda qaldı, yoruldu,
Neçə ümid daşa dəydi, yarıldı.
Kimlər gəlib gör kimlərə yar oldu,
Əzablara dözə bilən dağam mən.

Yazıq Əvəz, çeşmələrin acıdır,
Leyli qaçan yaylaqların tacıdır.
Sackahası nənələrin sacıdır,
Unutmaram, qədər ki, sağam mən.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri