Dağların


        Dağların

Payız olcaq zirvəsini qar alar,
Döyər təpəsini dolu dağların.
Yaşıl donlu yaylaqları saralar,
Boşalar sinəsi dolu dağların.

Gözəlləri barxanalar bağlayar,
Bulaqları həzin-həzin çağlayar,
Çeşmələri yasa batıb ağlayar,
Xiffətindən bükülər beli dağların.

Əvəz, dərs almadın sən Ələsgərdən,
Sərrafı olmayan baş açmaz zərdən
Arif ol, yazdığın zay olar birdən,
Qəlbinə toxunar ulu dağların.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri