Bəsimdir


            Bəsimdir

Oğul, çox can atma şana, şöhrətə,
Səndə olsa ağıl, kamal, bəsimdir.
Hicranın köhləni yolda yorulsun,
Düşsün qismətimə vüsal, bəsimdir.

Bülbül ol meylini gülə bağla sən,
İgid ol arxanı elə bağla sən.
Eəlin qeyrətini uca saxla sən,
Zəhmətdən, hünərdən güc al, bəsimdi.

Əvəzin öyüdü yerli öyüddü,
Gərdiş azğınları bir-bir üyütdü.
Vətən anan kimi səni böyütdü,
Vətən övladı tək ucal, bəsimdi.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri