Var


Var

«Olum-ölüm» Allah verən ömürdü,
Uzunu var, gödəyi var, kəmi var.
Yadda saxla, yaşadığın həyatın,
Sevinci var, fərəhi var, qəmi var.

Toxun acdan nə xəbəri, ac acdı,
Balaları bir çörəyə möhtacdı.
Düzəlsə də, yenə yollar tıxacdı,
Sərxoşu var, dəmkeşi var, dəmi var.

Bu dünyaya gəlib getdi Lələdağ,
Günah, savab, nələr etdi Lələdağ.
Əvəz baxdı, gözdən itdi Lələdağ,
Axtarmağa deyin onun kimi var.

2010

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri