Olmadı


              Olmadı

Ay hazarat, müşkül olan dərdimi,
Kimə dedim, çarə qılan olmadı.
Mətahımı xırıd etmək istədim,
Müştəri yan keçdi, alan olmadı.

Ümid ilə xoş əməllər yaşatdım,
Bəd işlərin  arxasınca daş atdım.
Dostu gördüm, ürəyimi boşaltdım,
İçimdə çəkdim, bilən olmadı.


O torpaqda dərin köklü daş idim,
O bağlara dil-dil ötən quş idim.
Bu çağıda qəm sursatı daşıdım,
Köç-köç oldu eldə qalan olmadı.

Bu qaydadır, qışın sonu yaz olar,
Yaxşı, yaman tarix-tarix yazılar.
Əvəz, burda dərdə şərik saz olar.
Saz da kökdən düşüb, çalan olmadı

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri