Bir zaman


Bir zaman

Babəkimin qılıncıdır Qılıncyal,
Ovxarlanıb qından çıxıb bir zaman.
Koroğlumun nərəsini yada sal,
İgidləri burda yıxıb bir zaman.

Nizamgölü Nizamidən qalıbdı,
Fərhad babam burda külüng çalıbdı.
Niyazdüşən səfalı yurd olubdu,
Loğman gəlib çiçək yığıb bir zaman.

Çuxuryurdda dövran sürüb Xançoban,
Seyidsuyu şəfa verib hər zaman.
Xanqızımız Xurşud Banu Natəvan,
Göbəkdaşda xına yaxıb bir zaman.

Lələdağın hər qayası nağıldı,
Səngərqala igid ərdi, oğuldu.
Qaçaq Nəbi bu dağlarda doğuldu,
El yolunda qanlar axıb bir zaman.

Çömçəbulaq Ələsgərin sazıdı,
Yeddigözəl  gözəllərin gözüdü.
Gəlinqaya Həcər nənə özüdü,
Qurşağına qatar taxıb bir zaman.

Yaranışdan haylı olub bu dağlar,
Kimin imiş kimə qalıb bu dağlar.
Neçə Əvəz yola salıb bu dağlar,
Bu dağlara Nuh da baxıb bir zaman.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri