Olmaz


Olmaz

Yalan gəlmə desən, dilim,
Doğransın dilim dilim.
Yad gülünü dərmə əlim
Yad gülündə ətir olmaz.

Kin yaşatma, ürək sən ,
Dözüm olsun gərək səndə.
Xeyirxahlıq görək səndə,
Kinlilərdə xətir olmaz.

Özgələrdən yığıl, gözüm,
Al-qumaş ol mənə, bezim.
Əvəz, budur sənə sözüm,
Qonşu paydan yatır olmaz!

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri