Azərbaycanın memarı və xilaskarı
Azərbaycanın memarı və xilaskarı
Maydı bu
Günəş telini tökür,
Bağban gülünü əkir,
Meh əsir sığal çəkir
Çəmənə axşam, səhər
Gör nə gözəl aydı bu,
Maydı bu!
Bülbül güllə görüşür
İnci şeh gülə düşür.
Dəstə-dəstə ötüşür
Başımız üstə quşlar,
Gör nə gözəl aydı bu,
Maydı bu!
Bir vaxt düşmən ad aldı,
Yoruldu, yolda qaldı.
Xalqım qələbə çaldı
Yenə bu gözəl ayda
Gör nə gözəl aydı bu,
Maydı bu!
Qəlbim qönçəli güldü,
Tale bəxtimə güldü.
Dünyaya dahi gəldi
Elə həmin bu ayda
Gör nə gözəl aydı bu,
Maydı bu!
Azərbaycanın hər binasında əlinin hərarəti, hər ağacının böyüməsində əməyi olan, hər mütəxəssisinin ərsəyə çatmasında böyük zəhmət çəkən millətin gələcəyini irəlicədən düşünən tarixi şəxsiyyət Heydər Əlirza oğlu Əliyev məhz bu ayda dünyaya gəlib. Bizə, müstəqil Azərbaycanın təşəkkül tapmaq dövründə yaşamaq nəsib olmuşdur. Çünki bizə rəhbərlik edən müdrik, uzaqgörən bir şəxsiyyətimiz vardı.
Tarix güclu, qüdrətli şəxsiyyətləri həmişə sevir, əbədiləşdirir, ululaşdırır və ürəklərdə heykəlləşdirir. O şəxsiyyətləri ki, onlar öz xalqını yüksəklərə qaldırır və gözəl gələcəyə aparır. O şəxsiyyətləri ki, onlar böhranlı anlarda meydana çıxır və millətin hərcmərclik girdabına yuvarlanmasının, araya ədavət toxumu səpilməsinin, qarşıdurmanın qarşısını alır. O adamları ki, onlar həyatlarını şərəf və ləyaqət ideyalarına həsr edir. O, adamlar ki, onların müdrikliyi xalqının şüurlarını nurlandırır və məqsədlərinə çatdırır. O, adamları ki, gələcək nəsillər naminə qurub yaradır və milli dövlətçilik binasının özülünü qoyur. Azərbaycan dövlətinin binasını kərpic-kərpic, zərrə-zərrə yığan, möhrə-möhrə ucaldan tarixin bizə bəxş etdiyi əsl memar və xilaskar Heydər Əlirza oğlu Əliyev idi.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da anadan olmuşdur. Azərbaycanın gələcək liderinin, dünyanın ən qüdrətli, güclü rəhbərlərindən birinin uşaqlığı və gəncliyi
Yaylağında çiçəyi şən, gülü
şən,
Oğlu, qızı qəhqəhə ilə gülüşən
Gözəlliyi gözlərimə ilişən
Araz boyu naxşıcahan deyilən
Qızmar günəşli, oğlu, qızı qeyrətli, torpağı bərəkətli qədim Naxçıvan
torpağında keçmişdir. Heydər Əlirza oğlu bu gözəl cazibədar məkanda oxumuş, dünyanın
böyüklüyünü, müqəddəsliyini dərk etmiş, çılğın hisslərini cilovlamış, xarakterini
formalaşdırmışdır.
Sərt, eyni zamanda da, gözəl, poetik Naxçıvan torpağı adamda köhnə, əzəli
duyğularla yanaşı, dünyanın gənc, cavan olması barədə hisslər də oyadır. Gəmiqaya
təsvirləri, Mömünə xatın, Qarabağlar, Yusif ibn Küseyir, Əshabi-Kəhf müqəddəsliyi, Culfa türbələrinin əzəmətli qüllələri,
əbədi şöhrətli ƏlinCə qalası, İlandağın (el arasında İnandağ deyirlər ona) şux,
oynaq cizgiləri, Batabatın sərin ab-havası, gül-çiçəkli Orbubad bağları, Mirzə Cəlil
harayı, coşğun Araz, Hüseyn Cavidin melodik misraları- bütün bunlar gözəl Naxçıvan xalısının min-min naxışı kimi tam
təsirli həyat lövhəsi, təbiətin xəlq etdikləri
ilə insanların ərsəyə gətirdikləri şah əsərlər arasında incə harmoniya, xalqın qəhrəmanlıq
keçmişi ilə onun büsbütün adi qayğılar, həyəcan və bayramlar içərisində keçən bu
günü arasında qırılmaz əlaqələr yaradırdı.
Bu diyar insanda güclü, iradəli xarakter formalaşdırır, gözəlliyin ən
mühüm bəşəri mövcudluq kateqoriyası kimi dərk olunmasında qəlbləri zənginləşdirir,
ona özünü, adamları, dünyanı dərk etmənin yeganə şərti həqiqət olması barədə hisslər
aşılayırdı. Özünün məqsədi və vəzifəsinin lider olması, bunun isə xalqla birgə olmaq,
onu öz arxasınca aparmaq lazım gəldiyini Heydər Əliyev ilk dəfə burada hiss etmişdi.
Qədim türk dilində «Heydər» sözünün «İradəli, qabaqda, öndə çapan atlı» mənasında
işlədilməsi əbəs yerə deyilmirdi.
Mən yayda tez-tez təbiət
qoynuna getməyi sevirəm. Buz bulaqlar, dərin dərələr, vüqarlı dağlar, yaşıl yaylaqlar
Vətən yanğımı, torpaq harayımı, yurd həsrətimi bir az səngidir. Gülü rəngli «Niva»
maşın «Qız meydanı»nda nəfəs dərdi. Ana təbiətin möcüzəsi insanı başqa aləmə aparır.
İlahi! Bir tala yerdə, bəlkə, yüz, iki yüz çiçək, gül bitki növü var. Hamsı ana
təbiətin bətnindən qida alır, pərvazlanır. Möcüzədir, ona görə deyirəm ki, rişələri
torpağın bətnində bir-birinə qarışan bu canlılar törəmələrin, əcdadların ənənəsini,
adətini itirmirdilər. Hərə öz dadını, rəngini, boy-buxununu saxlayır və xürrəm yaşayırlar.
Bənövşə, nərgiz, yasəmən, lalə, süsən, qantəpər, cincilim, qanqal, təkəsaqqalı və
s. arxa-arxaya verib torpaqdan şirin, acı, turş, şirələri sorub qidalanırlar. Bəs
insanlar?…
Nə isə, maşın «Qızıl Nohur» yaylağına
istiqamət götürdü. Dağın başında bir selevda, iki alaçıq görünür. Bu oba, elə o
iki alaçıqdan ibarətdir. Alaçıqlardan 5 metr aralıda suyu diş göynədən, cana məlhəm
olan, yanğı söndürən bir büllur bulaq zümzümə ilə, əmlik quzulara layla çala-çala,
oxuya-oxuya axıb gedir.
Bir nəfər gülərüzlü çoban bizə yaxınlaşırdı.
Mən zarafatla dedim:
-- Atalar yaxşı deyib, acdın çobana, yoruldun karvana yaxınlaş. Çoban
qardaş, biz acmışıq.
Çoban da söz altında qalan deyilmiş ha! O, da gülə-gülə:
-- Qonağa baxıb atına arpa
verərlər. Vaxtsız gələn qonaq öz kisəsindən yeyər deyiblər. Amma sizi qaynananız
çox istəyirmiş, lap vaxtında gəlmisiniz. Bir yaxşı «Çoban bozartması» hazırlamışam.
Buyurun içəri.
Biz alaçığa daxil olanda gözlərimə inanmadım.
Alaçığın yuxarı başında, qızıl rəngli çərçivədə cənab Heydər Əliyevin əzəmətli portreti
asılmışdı. Məni fikir götürdü. Dağın kəlləsində, əl çatmayan, ün yetməyən bir çoban
binəsində möhtərəm prezidentin iti baxışlarını görəndə xəyala daldım. Hadisələr,
nadanların, nankorların cənab Heydər Əliyevə yağdırdıqları böhtanlar, iftiralar
lenta kimi gözlərimin önündən keçdi.
Üzümü çobana çevirib onu sınağa çəkdim:
-- Çoban, nə əcəb Heydər Əliyevin portretini
bura gətirmisən?
O, özünü cəmləşdirdi:
-- Müəllim, mən çobanam, adım Qüdrətdi.
Otuz ildir çobanlıqla məşğulam. O, necə deyərlər, çobançılıqda bişmişəm. Çoban başımla
Heydər Əliyevin siyasətini, xalq üçün etdiklərini yaxşı dərk edirəm.
Sonra o, mənə müraciətlə:
-- Bax, o gələn naxırı, qarınları təpə
kimi, yelinləri dolu inəkləri görürsən? Onlar naxırsız otlayır. Səhər tezdən buraxırıq
örüşə, axşam da özləri gəlirlər sağına. O necə deyərlər «Qurd-qoyunla» otlayır.
Bu sakitliyi, sabitliyi bizə verən bu kişi deyilmi, hıy! Mən çobanın səmimiyyətinə
inandım, onun rəhbərə sədaqətli olmasının şahidi oldum. Bu, cənab Heydər Əliyevə
ümumxalq məhəbbətinin bir zərrəsidir…
1969-cu ilin yayında
Azərbaycanın rəhbərliyinə siyasət
aləmi üçün, hələ cavan,
işgüzar, məqsədyönlü bir insan gəldi. Onun iradəli xarakterində,
iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə, mühafizəkarlığa qarşı
nadir hallarda təsadüf edilən dözümsüzlüklə köhnəlmiş forma və strukturların yeniləşdirilməsində,
müasirləşdirilməsin- də işgüzar tutarlılıq,
dəqiq qənaətkarlıq keyfiyyətləri harmonik şəkildə uyuşurdu. Bu adam Heydər Əliyev
idi. Bu çağacan o, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində başçılıq
edən böyük ciddi idarəçilik məktəbi keçmişdi.
Heydər Əliyevin qarşısında, hələ bu vaxtacan onun sələflərinin
heç birinin cəsarət edə bilmədiyi misli görülməmiş vəzifələr dururdu. Respublikanın
iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəgəl onu qüdrətli dövlətin xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz
ounmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını
qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq.
Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisini sosial mədəni və təhsil səviyyəsini
qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhşkəmləşdirmək.
Azərbaycan üçün strateci əhəmiyyət kəsb edən bütün bunlar
və xeyli digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin nəhəng
fəaliyyətim nəticəsində Azərbaycanın sənaye
profili kökündən dəyişdi, bütün infrastrukturu islah edildi, kənd təsərüfatı modenləşdirildi,
respublikanın qədim paytaxtı intibah dövrü keçirdi. Bakıda, Sumqayıtda, Gəncədə,
Naxçıvanda yeni ali məktəblər muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli
hərbi kadrlar hazırlayan C. Naxçıvanski adına məktəb fəaliyyətə başladı. Həmin illərdə
respublikada dünya mədəniyyətinin Qara Qarayev və Fikrət Əmirov, Niyazi və Səttar
Bəhlulzadə, Rəsul Rza və Lətif Kərimov kimi korifeyləri səmərəli fəaliyyət göstərdilər.
Nəhəng dövlətin xalqları Azərbaycanın özləri
üçün yenidən kəşf etdilər: faşizmin darmadığın edilməsindəki görkəmli xidmətlərinə
görə Bakı ölkənin ən yüksək mükafatına layiq görülürdü. Simferopolda və Sembek yüksəkliyində
Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşən Azərbaycan diviziyalarının
şərəfinə monumental abidələr ucaldıldı.
Heydər Əliyevin sayəsində Stalin amansızlığının qurbanları
olan,dönməz əqidəsi, məsləki, işıqlı fikir və arzuları ilə ucalarda duran Hüseyn Cavid, Ağahüseyn Rəsulzadə, Bəkir Çobanzadə, Böyükağa Talıblı, Əli Nazim, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Müşfiq, Ömər Faiq, Salman Mümtaz, Seyid
Hüseyn, Soltanməcid Qənizadə kimi görkəmli şairlər, yazıçılar və digər yaradıcı
adamlar unutqanlıq əsarətindən qurtuldu.
Azərbaycan neft-maşınqayırma, məişət kondisionerləri,
elektrik mühərrikləri, elektrotermik avadanlıq, soyuducular, sintetik kauçuk, elektrik
kabelləri, boru-prokatı və başqa məhsullar buraxılışı sahəsində sabiq SSRİ-də qabaqcıl
mövqelərə çıxdı.
Respublikada sənayenin inkişafını müəyyənləşdirən tamamilə
yeni sahələr meydana gəldi: kompüterlər, elektronika cihazları istehsal edən zavodlar.
Azərbaycan ən böyük üzüm, tezyetişən tərəvəz, çay, tütün istehsalçısı oldu. Xəzərin
nadir balıq sərvətləri nəzərə çarpacaq dərəcədə artdı, vaxtilə istifadəsiz qalmış
Abşeron təpələrinin yamaclarında təzə parklar və meşələr salındı.
Bütün bunlarla yanaşı, ictimai mühiti sosialist ikili
təfəkkür tərzindən təmizləməyə,milli ruhu əsarətdən qurtarmağa, xalqın həyatının
mahiyyətini təşkil edən bütün elementlərin sağlamlaşdırılmasına yönəldilmiş digər
işlər də aparılırdı.
Minlərcə gənc təhsili almaq üçün ölkənin ən yaxşı ali
məktəblərinə-Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə, Voronecə göndərildi.
Bu nəslin üzərinə Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problem və
məsələlərini həll etmək vəzifəsi düşürdü. Heydər Əliyevin bəyan etdiyi «Qoy ədalət
zəfər çalsın» şüarı həmin günlərin mənəvi-psixoloci mühitini müəyyənləşdirirdi.
SSRİ-də ilk dəfə məhz Azərbaycanda korrupsiyaya, mafiyaya, tayfabazlığa qarşı genişmiqyaslı
müharibə elan edilmişdi. Bütün bunlar həyat tərzini, standart əxlaq, davranış qaydalarını,
ünsiyyət, qarşılıqlı münasibətlərin keyfiyyətini son dərəcə dəyişdirdi. 70-80- ci
illər Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik, işgüzarlıq,
düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi keyfiyyətlərin formalaşma dövrüdür.
Liderin taleyi və xarakterinə də sirayət etmişdi.
1982-ci ildə Heydər Əliyevin həyatında yeni mərhələ
başlanır. Onu Kremlə çağırırlar-o, SSRİ-nin rəhbərlərindən biri olur. SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsində onu hədsiz-hüdudsuz böyük işlər, böyük
məsələlər gözləyir.
Gələcək işlərin miqyası onun tükənməz işgüzarlıq şövqü,
mənəvi qüdrət və intellektual səviyyəsi ilə tam uyarlıq təşkil edir. Kreml Heydər
Əliyevə nəhəng ölkənin həyatının maşınqayırma, yüngül sənaye, nəqliyyat və təhsil
kimi ən mühüm sahələrinə nəzarət etməyi tapşırır. O, BAM-ın tikintisinə, magistral
xətt boyunca yüzlərcə stansiya, vağzal, şəhərlərin inşasına rəhbərlik edir. Paytaxtın
V. İ. Lenin adına Ümumittifaq Kitabxanası, Böyük Teatr və s. nüfuzlu obyektlərinin
yenidənqurma işləri də onun sərəncamına
daxil idi.
Siyasi Büro üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini olarkən bir çox beynəlxalq qərarların hazırlanmasında və qəbul edilməsində
fəal iştirak edir, dünya siyasətinə, ələxsus beynəlxalq vəziyyətin gərginləşməsinin
zəiflədilməsinə, yönəldilməsinə əsaslı təsir göstərən danışıqlarda SSRİ nümayəndəliyinə
başçılıq edir.
Bu dövr Hindistan, Vyetnam, Yuqoslaviya, Mozambik, Anqola,
Macarıstan, Meksika və s. kimi böyük ölkələrə rəsmi səfərlərlə, yüksək səviyyəli
dövlət rəhbərləri və siyasi xadimlərlə görüşlər, danışıqlarla zəngindir. Dinamizmi
və konstruktivliyi ilə fərqlənən bu səmərəli diplomatik fəaliyyət sayəsindəki işlər
qüdrətli dövlət ilə onun partnyorları arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına
əlverişli təsir göstərmiş, o zaman müxtəlif qütblərdə «soyuq müharibə»nin Qərb ilə
Şərq arasında törətdiyi inamsızlığın aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb
etmişdir.
Bütün bu işlərlə bərabər, Heydər Əliyev doğma Azərbaycanı
da unutmurdu. Onun təşəbbüsü ilə Bakı beynəlxalq konfranslar və simpoziumlar məskəninə
çevrilir. Bütün ölkə, bütün dünya dahi Nizaminin qarşıdan gələn yubileyini bayram
edir. Qazax şairi O.Süleymanov Heydər Əliyev üslubunun dinamizmindən heyrətlə danışır:
«Azərbaycan dahisinin 850 illiyini gözləmədən, Heydər Əliyev artıq indi, şairin
irsinin öyrənilməsi və təbliği kimi nəhəng bir işə başçılıq edir. Nə etmək olar,
Nizami belə tələsikliyə layiqdir!»
Heydər Əliyev Dövlət Plan Komitəsinin, erməni lobbisinin
güclü olduğu Nazirlər Sovetinin digər strukturlarının müqavimətini aradan qaldırmaqla,
mərkəz tərəfindən Azərbaycan üçün taleyüklü qərarların qəbul edilməsinə nail olur.
Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Azərbaycanın digər şəhərlərində yeni
zavodlar və fabriklər tikilir. Monomentallığı və milli memarlıq əlamətləri ilə səciyyələnən
gözəl, yaraşıqlı, inzibati, ictimai və yaşayış binalarının intensiv inşası həyata
keçirilir.
Minillik tarixi olan bənzərsiz Azərbaycan memarlığı panoromasında bu tikililər layiqli yer
tutur. Nəhəng şəhərin inzibati-mədəni mərkəzini təzə yaşayış və sənaye rayonları
ilə birləşdirən yeni metro stansiyaları açılır.
Gəncədə iri yük maşınları zavodunun tikilməsi, Xəzər
dənizinin Azərbaycan sahillərinin SSRİ-də əhəmiyyətinə görə ikinci kurort zonasına
çevrilməsi haqqında ali hakimiyyət dairələrində qəbul edilmiş qərarlar respublika
üçün ən inkişaf etmiş dövlətlər cərgəsinə çıxmağa yol açılır. Heydər Əliyevin və
onun komandası sırasında olan layiqli silahdaşlarının, özünün yetişdirdiyi kadrlar
qrupunun səyi ilə Azərbaycanda güclü intellektual potensial qüvvə yaradıldı. Ancaq
tarixin öz qanunları vardır: artıq nəhəng dövlət can verməkdə ikən onun bir hissəsi
çiçəklənə bilməz. SSRİ-nin məhvə doğru getməsinin labüdlüyü yetişir.
Qanunauyğun tarixi proseslər nəticəsində o bir saat ərzində dağılır. Onun xarabalıqları altında
xeyli nəhəng iqtisadi, sosial və elmi proqramlar basdırılır. Lakin Azərbaycan güclüdür,
onun itirilmiş müstəqilliyi bərpa etməyə, tərəqqiyə üz tutmağa tarixi şansı vardır.
Heydər Əliyevin qoyduğu özül buna nail olmağa imkan
verir. Lakin xaricdən idarə olunan erməni
separatçıları tərəfindən bu özülünü altına son dərəcə dağıdıcı qüvvəyə malik bomba
qoyulur.
1987-ci ildə Heydər Əliyev istefa verməyə məcbur olduqdan və siyasi fəaliyyətdən
uzaqlaşdıqdan sonra Ermənistanın Azərbaycan əleyhinə çıxışları
güclənməyə başladı.
Bir qədər keçdikdən
sonra, 1988-ci il fevralın 20-də Xankəndində vilayət xalq deputatları sovetinin sessiyası Azərbaycan və Ermənistan parlamentlərinə vilayətin Ermənistana «birləşdirilməsi»
barədə qərar qəbul edir. Moskva zahirən erməni separatçılığını müdafiə etmir, hətta
Sov. İKP. MK. DQMV-in birləşdirilməsinin qeyri-mümkünlüyü barədə əlahiddə qərar
da qəbul edir.
Qərarda haqlı olaraq, bunun qarşısıalınmaz nəticələrə
səbəb ola biləcəyi qeyd olunur.
Lakin qərar elə məxfi olaraq qaldı, Dağlıq Qarabağ ətrafındakı
siyasi ehtiraslar isə getdikcə şiddətlənməyə başladı. SSRİ-nin keçmiş rəsmi mətbuatı
özünün ideoloci cəza silahlarından Azərbaycanın və onun şəksiz liderinin başına atəş yağdırmağa başladılar.
Həmin illərdə Azərbaycan xalqının əleyhinə nə qədər
qərəzli məqalələr dərc olunur, sərt və həyasız hücumlar edilirdi. Heydər Əliyev
öz ünvanına nə qədər ədalətsiz, layiq olmadığı məzəmmətlər, tənələr eşitmək məcburiyyətində
qalmışdı! Əfsuslar olsun ki, həmin illərdə Heydər Əliyev erməni lobbisinin və şovinist dairələrinin süni şəkildə yaratdığı tam siyasi
izolyasiyada idi. Azərbaycan, onun xalqı müdafiəsiz və himayəsiz qalmışdı.
1988-ci ilin noyabr-dekabr aylarında olan hadisələrin
xronikası ağır olsa da, onu yadda saxlamaq lazımdır. AXC və respublika prokrorluğunun
məlumatında deyilir: 1988-ci ilin noyabr ayının 28-dən dekabr ayının 8-dək kütləvi
sürətdə Azərbaycanlılar yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinə quldurcasına
basqın edən erməni vəhşiləri 217 nəfəri müxtəlif işgəncə ilə qətlə yetirmişlər.
Onlardan 49 nəfəri divan tutulmaqdan qorxub qaçarkən dağlarda borana-çovğuna düşüb
donmuş, 41 nəfəri qəddarlıqla döyülüb öldürülmüş, 115 nəfər diri-diri yandırılmış,
16 nəfəri güllələnmiş, 10 nəfər təhqirlərə dözməyib infarkdan ölmüş, 2 nəfər erməni
həkimləri tərəfindən xəstəxanda ölmüş, 3 nəfər suda boğulub öldürülmüş, 1 nəfər
asılmış, 1 nəfər əzablardan qurtarmaq üçün
özünü öldürmüş, 1 nəfər elektriklə öldürülmüş, 2 nəfərin başı kəsilmiş, 29 nəfər qəsdən avtomsobilin altına salınmaqla öldürülmüş,
3 nəfər xəstəxanada olarkən tibbi xidmət
göstərilməməsi nəticəsində öldürülmüş, 8 nəfər oğurlanmışdır. Öldürülmüşlərdən
57 nəfər qadın, 5 nəfər körpə uşaq, 18 nəfər müxtəlif yeniyetmələrdən ibarət olmuşdur.
Qırğın Ermənistanın 19 rayonu, 11 şəhərində törədilmişdir.400-dən çox yük maşını
qarət edilmiş, 25 min ailənin əmlakı talan olunmuş, 40,897 azərbaycanlı ailəsi,
250 min azərbaycanlı məcburi qaydada deportasiya edilmiş, mənzil və əmlaklarından
məhrum olmuşlar.
…1990-ci il
yanvarın 20-də Azərbaycan üzərinə onun tarixində ən dəhşətli gecə çökmüşdü. Bakıya,
respublikanın digər şəhər və rayonlarına Sovet
ordusunun hissələri zorla soxulmuşdular. Onlar qabaqlarına çıxanı dağıda-dağıda,
məhv edə-edə respublikanın içərisində qocalar, qadınlar, uşaqlar olan günahsız vətəndaşları
al qanlarına qəltan etmişdilər. Bakıdakı dəhşətli hadisələr Sovet İttifaqının
tam iflası idemək idi. Öz vətəndaşlarına qarşı hər cür dəhşətli cinayətlər törədən
hər hansı bir dövlətin gələcək tarixi mövcudluğuna heç bir haqqı yoxdur. Azərbycan
saysız-hesabsız qurbanlar verməklə, sabiq SSRİ-də ilk dəfə olaraq öz şərəfinin, ləyaqətinin
və müstəqilliyinin müdafiəsinə qalxdı. Bu faciəli günlərdə Azərbaycan xalqı Moskvanın
əlaltısının rüsvaycasına Bakıdan qaçdığından xəbər tutdu və nəhayət uzun sükutdan
sonra öz liderinin səsini eşitdi. Ertəsi gün Bakıdakı qanlı qırğından sonraAzərbaycanın
Moskvadakı daimi nümayəndəliyində Heydər Əliyev mərkəzin Bakıda keçirdiyi vəhşicəsinə cəza əməliyyatını hiddətlə ittiham edən bəyanatla çıxış etdi. O, çoxdan ayrıldığı
M. S. Qorbaçovun siyasəti ilə kəskin şəkildə razı olmadığını bildirdi. Bu, mahiyyətcə
ev dustağına çevrilmiş və mühafizə orqanlarının sayıq müşahidəsi altında olan insan
tərəfindən cəsarətli vətəndaşlıq hərəkəti idi.
Bir müddətdən sonra Heydər Əliyev Sov. İKP sıralarını
tərk edir. Müsahibələrinin birində o, özünün partiya ilə əlaqələrinin qırılmasını
belə izah edir: «Mən kommunist partiyasına xeyli güc və enerci sərf etmişəm. Mən
SSRİ-nin rəhbərlərindən biri olmuşam. Lakin əmin olanda ki, bu quruluşun məhvi labüddür,
partiya dönükdür və açıq-aydın xalqın əleyhinədir, mən onun sıralarını heyfislənmədən
tərk etdim. Azadlıq və demokratiya ideallarına
xidmət naminə tərk etdim».
Artıq Heydər Əliyev Moskvada qala bilməzdi: Onu ölkənin
gələcək müqəddəratının həll olunduğu Vətən, coşğun siyasi hadisələrin mərkəzi özünə
sarı çəkirdi. O, Bakıya qayıtmaqla hansı riskə getdiyini dərk etsə də, yenə bu addımı
atmalı olur. A. Mütəllibov recimini Heydər Əliyevin izolyasiyada qalması, hətta
onun fiziki cəhətdən aradan götürülməsi, Azərbaycanın xarici düşmənlərindən daha
çox maraqlandırırdı.
Onun əleyhinə intiriqalar aparılır, fitnə-fəsadlar, törədilir, sui-qəsdlər
düşünülür. Yəqin ki, təkcə təcrübə, müdriklik, professional intuisiya yox, həmçinin
Heydər Əliyev ümumxalq məhəbbəti, onun Azərbaycan üçün yeganə şans olmasının elliklə
dərki, ona həmin günlərdə sağ qalmağa, davam gətirməyə, qələbə çalmağa imkan verdi.
1991-ci ildə uzun fasilədən sonra o, Naxçıvana qayıdır.
Bakıdan fərqli olaraq burada o tam təhlükəsizlik şəraitindədir. Hərçənd həmin illərdə
bu məfhum nisbi məna kəsb edirdi. Təhlükə başqa səpkidə mövcud idi-Naxçıvan Ermənistan
tərəfindən möhkəm halqaya alınmışdı. Sərhədyanı rayonu daim atəşə, silahlı təxribatlara
məruz qalırdı. Lakin xarici düşmənlə vuruşmaq asandır, hər halda onun düşmən olduğunu
bilirsən. Heydər Əliyev Naxçıvana hücum təhlükəsini aradan qaldıra bildi və atəşkəs
recimi barədə saziş imzalanmasına nail oldu.
Bununla o, bir növ Bakıya, hakimiyyət uğrunda mübarizəni
davam etdirən Moskvanın əlaltılarına milli istiqlaliyyət, müstəqillik, suverenitet
uğrunda necə siyasət aparmaq nümunəsi göstərdi. Heydər Əliyev sərhəddi əcnəbi sərhədçilər
kontingentindən təmizlədi, uzun onilliklərcə Arazın ayırdığı Naxçıvan və Cənubi Azərbaycan azərbaycanlıların bir-birlərilə
ünsiyyət saxlamalarına imkan yaratdı. O, Türkiyədə, təntənəli açılışına Türkiyə
Respublikasının baş naziri Süleyman Dəmirəlin gəldiyi körpü saldırdı. İki il ərzində-1991-ci
ildən 1993-cü ilədək o, Naxçıvan Muxtar Respublikasının spikeri və eyni zamanda
Ali Soveti sədrinin müavini vəzifələrini tutdu. O, misli görünməmiş sürətlə Türkiyə
və İranla siyasi, iqtisadi, ticarət əlaqələrini inkişaf etdirdi. Bütün bunlar cəbhə
xətti diyara çevirmiş Naxçıvanda mühasirənin əzab-əziyyətini yüngülləşdirməyə, normal
həyat tərzinə şərait yaratdı. Hərçənd çətin idi-elektrik, istilik, ərzaq çatışmırdı.
Lakin sabitlik təhlükəsizlik, sülhün təmin olunması hissləri naxçıvanlılara qüvvə
verir, mühasirə sindiromunun dəf olunmasına köməklik göstərdi. Onlar ən ağır anlarda
xalqı ilə birlikdə olan liderlərinə inanırdılar. Bu inam Azərbaycan kiçik bir hissəsi
olan Naxçıvana saysız-hesabsız müsibətlər və təhlükə qarşısında tab gətirməyə kömək
edirdi.
Lakin Azərbaycanın qalan yerlərində vəziyyət gərginləşirdi.
Şuşa, Laçın, Kəlbəcər və sairə yaşayış məntəqələri düşmənə təslim edildi. Erməni
quldurlarının Xocalıda törətdikləri soyqırımbütün dünya ictimaiyyətini sarsıtdı.
Təkcə Azərbaycanın şəhərləri deyil, həmçinin onun fərsiz liderləri də məğlubiyətə
uğrayırdılar. A. Mütəllibov rüsvayçılıqla getdi, onu az bir zaman prezident kürsüsünü
tutan Ə. Elçibəy əvəz etdi…
Ə. Elçibəyin başçılıq etdiyi Xalq Cəbhəsinin idarə heyəti
Azərbaycanı bütün sahələrdə tamamilə bərbad hala salmışdı: iqtisadiyyat iflic vəziyyətinə
düşmüş, nəqliyyat donub qalmış, kənd təsərrüfatı pozulmuş, təhsil və elmi strukturlar
dağıdılmışdı. Belə bir şəraitdə tam gücsüzlüyünə əmin olan Xalq Cəbhəsi Heydər Əliyevi
Bakıya dəvət etmək qərarına gəldi. O, uzun müddət razı olmur. Keçmiş funksionerlərin
ona qarşı etdikləri haqsızlıqlar, onların Ali Sovetin sessiyasında ona qarşı qabaqcadan
ssenariləşdirilmiş qərəzkar hücumları hələ yaddaşdan silinməmişdi. O vaxt xalq çörək
itirənlərə, böyüklüyə asi çıxanlara nifrət duası oxudu:
Kimə tuşlamısan
sən ibu silahı,
Qarndaş da qardaşa
güllə atarmı?
Yerdə Ağsaqqalı,
göydə Allahı,
Müqəddəs saymayan
əhdə çatarmı?
Axtar nicat yolu,
həqiqət yolu,
Millətin kələfi
düyün düşübdü.
Ay Allah bəndəsi,
ay insan oğlu,
Əl saxla, şərikli
nəyin düşübdü?
Lakin tarixin bu dönüş məqamında vəzifə borcu, məsuliyyət
hissi, öz qüvvəsinə inamı, təcrübəsi, professionalizmi, böyük siyasətin eniş-yoxuşuna
dərindən yiyələnməsi, ən nəhayət isə romantik xəyallardan uzaqlaşaraq reallıqları
görüb nəzərə alması onu bütün haqsızlıqları unudaraq qərara gəlməyə vadar edir.
Məmləkətimiz fəlakət burulğanında boğulduğu bir zamanda
bacarıqlı sərkərdə, müdrik rəhbər, dünya görmüş ağsaqqal H. Əliyev xalqın təkidi
ilə yenidən hakimiyyətə gəldi. Onun gəlişi ilə respublikada həm daxili, həm də xarici
siyasətdə bir saflaşma, paklaşma, təmizlənmə duyuldu, siyasi iqlim əsaslı dəyişdi, qanun mexanizmi işlədi.
Daxildəki didişmələrə, hakimiyyət davasına,
özbaşınalığa, qanunsuz silah saxlamalara,
uşaq oğurluğuna son qoyuldu, respublikada siyasi sabitlik yarandı. Əhali vahimədən,
hədədən-qorxudan xilas oldu, rahat nəfəs aldı. Nəhayət, insanların hüququnu müdafiə
edən tapıldı, ölkənin əhalisi özünə gəldi. Saz tutub söz qoşdu:
Qoca Şərqin Günəşisən,
Ayısan,
Bu millətin tale
verən payısan
Sərkərdəsən, dahilərin
tayısan.
Xudam səni hifz
eləsin xəbisdən
Sən gələli səngiyibdi
duman, çən.
Heydər baba, köhlənini
sür öndə,
Qayğılıdır indi
dövran sürən də.
Nənəm sizi ekranlarda
görəndə,
Yazıq qarı üzərrik,
duz yandırır,
Neçə-neçə bədnəzər
göz yandırır.
Yurdumuzun nicat
yolu səndədir,
Görən gözü, vuran
qolu səndədir.
Ərşi, gürşü, sağı,
solu səndədir.
Siz hökm edin,
baş qoymağa hazırıq,
Sənsiz babam,
yolumuzu azırıq.
Heydər baba, Əvəz
gəldi özünə,
Haqq oyandı, bəxti
güldü üzünə
O, inanır ağsaqqalın
sözünə.
Allah, qaytar itib batan inamı,
Naxələflər ucuz satan inamı.
O, iyunun 15-də Azərbaycan parlamentinin spikeri seçilir. Halbuki Bakıda böhran şiddətlənir. Gəncədə, tabeliyində yaxşı silahlanmış hərbi dəstələr olan Surət Hüseynov qiyama qalxır. Hökümət qoşunlarının qiyamı yatırmaq cəhdi faciə ilə nəticələnir. Bir qədər də keçsə vətəndaş müharibəsi başlanacaq. Surət Hüseynov cəbhənin istiqamətini müdafiəsiz buraxaraq Xalq Cəbhəsinin hakimiyyətini devirmək məqsədi ilə hərbi texnikanı Bakı üzərinə yeridir. Ə.Elçibəy Bakıdan Kələkiyə qaçır. Ölkə yenə də rəhbərsiz, hakimiyyətsiz qalır. Belə bir vəziyyətdə Milli Məclis 1993-cü il iyunun 24-dən Azərbaycan prezidenti vəzifəsinin icrasının H.Əliyevə verilməsi barədə qərar qəbul edir.
Xalq üzünü haqqa tutdu, şükür elədi, Vətənə gözaydınlığı verdi.
Ana Vətən, nə yaxşı ki.
İgid, cəsur övladın var.
Uzaq görən, yol göstərən,
Sərkərdən var, ustadın var.
Gərək onu hamı duya,
O, dayaqdır el-obaya,
Odur bizə hörmət tacı,
Odur bizə qeyrət tacı.
O yaşadır ana yurdu.
Yağıların qarşısında
Əyilmədi, məğrur durdu.
Dağıdılmış dünyamızı
Özü tikdi, özü qurdu.
Yurdumuzun igid oğlu,
İnamlıdır qələbəyə,
Çətinliyə sinə gərir-
Azərbaycan gülsün deyə,
Alqış, əhsən bu qeyrətə,
Bu inama, bu ülfətə.
Torpaqların xilasına
Haraylayır bizi, qardaş!
Yolumuza nur çiləyir,
Onun nurlu gözü, qardaş.
Namərd addım ata bilməz,
Nadan eli sata bilməz,
Kimsə ara qata bilməz,
Sərkərdəmiz olan yerdə.
Haqqın səsi bata bilməz.
Sərkərdəmiz olan yerdə.
Və, nəhayət, 1993-cü il oktyabrın 3-də çoxdan olası proses həyata keçdi. Xalq özünün taleyinə və tarixi gərdişinə layiq liderə nail oldu. Heydər Əliyev ümumxalq səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident vəzifəsinə başlayarkən o Qurana əl basaraq and içdi: «And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında, dünya birliyində ləyaqətli yer tutumasına çalışacağam». O, elə oradaca da bəyan etdi: «Yolumuz aydındır və biz dəfələrlə bu barədə bəyan etmişik-bu, demokratiya yoludur».
Qətiyyətlə təsdiq etməliyik ki, prezidentin təntənəli and içmə mərasimi anından Azərbaycanın müstəqil dövlətlər arasında sivil münasibətlər sisteminə daxil olması başlanır. Heydər Əliyevin hakimiyyətə gəlməsi, daha doğrusu qayıtması qanunauyğundur, lakin bu qanunauyğunluq dramatik xarakteri ilə səciyyələnir. Məsələ ondadır ki, lider ölkəni qəbul edərkən, Azərbaycan xaos içərisində və bərbad vəziyyətdə idi. Heydər Əliyevin səyi və təşəbbüsü sayəsində qazanılmış nəhəng dövlətçilik potensialını demək olar ki, yerli-dibli dağıtmışdılar. Azərbaycan sürətlə uçuruma yuvarlanırdı. Liderin iradəsi dövlətçiliyin əsaslarını, ictimai və şəxsi həyatın səmərəli prinsiplərini, qanunları, diplomatiyanı, mədəniyyəti və sairəni bərbad hala salan dağıdıcı proseslərin qarşısını aldı. Prezidentliyin ilk aylarında, o, ən başlıcası, ölkənin qardaş qanı tökülməsinə bais olan vətəndaş müharibəsi vəziyyətindən xilas etdi. O, qətiyyətlə bütün qıyam yuvalarının qarşısını aldı.o, əhalisinin hər yeddi nəfərindən birisinin qaçqın olduğu Azərbaycan şəhərlərini düşmənə müqavimətsiz təslim edənləri, respublika ərazisinin beşdə bir hissəsinin işğal və talan edilməsində günahı olanları, ölkəni daxili çəkişmələr girdabına yuvarlatmaq istəyənləri qanun və xalq qarşısında cavab verməyə məcbur etdi. O, fırıldaqçı, saxta polkovniklərin və generalları süpürüb ataraq, Vətənə və xalqa sədaqətlə xidmət edə biləcək döyüş qabiliyyətli ordu quruculuğu işlərinə başladı.
Qanun qələbə çaldı. Ölkə hakimiyyətsizlik və anarxiya dəhşətləri yuxusundan oyandı.
Qardaş qırğınının, vətəndaş qarşıdurmasının, vətəndaş müharibəsinin qarşısını əsl ağsaqqal müdrikliyilə aldı, təhlükə sovuşdu, qardaş qanı tökülmədi.
Heydər Əliyevin digər vacib siyasi aksiyası cəbhədə atəşkəs recimi yaradılmasına yönəldilmiş təşəbbüsüdür.
Müdhiş Qarabağ müharibəsi, nəhayəti dayandırıldı. Danışıqlar prosesinə başlamaq imkanı, sülh naminə ATƏT-in Minsk qrupuna işləmək imkanı yarandı. Heydər Əliyevin həqiqətən də, ən sevimli məşğuliyyəti- qurub yaratmaq vaxtı gəlib çatdı. Həyat yoluna memar kimi qədəm basan Heydər Əliyev ömrü boyu yaradan, qurucu olaraq qalır: ölkələr, şəhərlər, evlər, zavodlar… Nəticə etibarı ilə, öz növbəsində birlikdə qaynayıb qarışaraq öz ölkələrinin müqəddəratını həll edən insan tatetəri. Heydər Əliyevin prezident vəzifəsində fəaliyyət göstərdiyi qısa müddət ərzində respublikada görülən işləri sadalamaq qeyri-mümkündür.
O, çıxışlarında və müsahibələrində dəfələrlə söylədiyi formulaya axıradək sadiq qalmışdı:«Azərbaycan xalqı bütün dinlər və etnosların nümayəndələri üçün eyni hüquq bərabərliyinə malik dünyəvi demokratik ölkə qurur». Liderin həyata keçirdiyi siyasi kursa müvafiq olaraq deyilmiş bu sözləri respublikanın həyatının təcrübəsi öz-özlüyündə təsdiqləyir. 1993-cü ildən 1998-ci ilədək həqiqətən tarixi hadisələr baş vermişdir.
Respublikada ilk dəfə olaraq ümumxalq referendumu nəticəsində suveren Dövlətin Konstitusiyası qəbul edilmiş,demokratik yol ilə parlament seçilmişdir.
1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanınaparıcı neft şirkətləri konsorsiumları arasında «Əsrin kontraktı» müqaviləsi imzalandıqdan sonra Azərbaycana külli miqdarda xarici kapital axını erası başlamışdır. Respublikada kapital qoyuluşu üçün maksimum əlverişli şəraiti yaradılır. Özəlləşdirmə və torpaq islahatı sahəsində də mühüm nailiyyətlər qazanılmışdır. Azərbaycan Böyük İpək Yolunda mühüm yolayrıcı kimi öz nüfuzunu bərpa edir: yeni nəqliyyat dənizi bu gün Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Avropanı birləşdirir. «Bakı-Ceyhan» neft kəmərinin inşasının başa çatması lahiyəsi həyata keçirilməkdədir.Bu kəmərlə Aralıq dənizi portlarına nəinki Azərbaycan,həmçinin Qazaxıstan və Türkmənistan «böyük»nefti axıdılmalıdır.
Müasir Azərbaycan tarixində Heydər Əliyevin diplomatik
fəaliyyəti xüsusi əhəmiyyət kəsb etməkdədir. Onun Fransa, Türkiyə, Çin, Böyük Britaniya,
Belçika, Rusiya, ABŞ, İran, Səudiyyə Ərəbistanı, Pakistan, Yaponiya, Gürcüstan,
Özbəkistan, Qazaxıstan və başqa dövlətlərə rəsmi səfərləri qarşılıqlı əlverişli
əməkdaşlıq, birgə iqtisadi, energetika və nəqliyyat layihələrinin həyata keçirilməsi
üçün möhkəm normativ-hüquqi fundamentin qoyulmasına imkan yaratmışdır. Əlbəttə,
Azərbaycan rəhbərinin başlıca qayğısı Dağlıq Qarabağ probleminin qəti həllidir.
BMT Baş Məclisi Assmbleyasının 49-cu və əllinci sessiyalarından çıxış edərkən, NATO-nun
Brüsseldəki mənzil-qərargahında «Sülh naminə tərəfdaşlıq» sənədini imzalayarkən,
İslam Konfransı Təşkilatı çərçivəsində yüksək səviyyədə keçirilən görüşdə (Kasablanka,
1994-cü il), ATƏT-in Budapeşt (1994-cü il), və Lissabon (1996-cı il) sammitlərində
o, prinsipial qətiyyətlə və eyni zamanda son dərəcə diplomatik taktla Azərbaycanın
mənafeyini müdafiə edir, konfliktin tezliklə ədalətli həllinə nail olur. Gürcüstan
rəhbəri E. Şvardnadze ilə birgə imzaladıqları Tbilisi deklarasiyası Qafqaz dinc yaşayış evinin gələcəyi üçün möhkəm
özüldür. Dünyada ən uzun sürən və qanlı ziddiyyətlərdən biri olan Ermənistan-Azərbaycan
konfliktinin təkcə Azərbaycanın yox, bütün dünya ictimaiyyətinin işi olmasında və
onun ətrafında höküm sürən informasiya blokadasının aradan qaldırılmasında ölkəmizin
rəhbərinin xidməti böyükdür.ATƏT-in Lissabon sammiti onun diplomatiyasının tam qalibiyyətidir.Həmin
sammitdə dünya birliyi ilk dəfə olaraq,Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını
rəsmən tanıdı.
Heydər Əliyev tərəfindən irəli sürülmüş qlobal sülh
və əməkdaşlıq siyasətinin bütün ölkələr və qitələr boyu zəfərli yürüşünü «Qafqaz
əmiri»nin («Fiqaro» qəzeti Azərbaycan liderini belə adlandırırdı) sülh təşəbbüsləri
barədə ABŞ və Böyük Britaniyanın, Fransa və Türkiyənin, İtaliya və Almaniyanın,
Yaponiya və Çinin kütləvi informasiya vasitələri, görkəmli dövlət xadimləri, siyasətçilər
planetimizin vətəndaşları hörmət və heyranlıqla qarşılayırlar.
Hərdən oturub fikirləşirəm. Böyük düha, nurlu zəka,
müdrik ağsaqqal olan Heydər Əliyevi nədir belə əlçatmaz edən?
Bütün gizli təlimlərdə deyilir ki, insanın ali vəzifəsi
kamilləşməkdir. Hər sahəni kamil bilən adam maqdır, yoqadır, daha dəqiqi desək,
filosofdur. İnsan kosmoqoniyası ilə məşğul olanlar, filosoflar, dahi şəxsiyyətlər
üçün xüsusi kriteriyalar əsas götürülür. İndi görən bu kriteriyalar cənab Heydər
Əliyevdə necə gerçəkləşmişdi. İntizamlılıq, çalışqanlıq, dözümlülük, ədalətlilik,
əməksevərlik onun xarakterik xüsusiyyətlərindən idi. O, möhkəm intizamı sevirdi.
Cənab Heydər Əliyev əmin idi ki, intizam olmayan yerdə
anarxiya höküm sürər. Anarxiyanı, intizamsızlığı biz 1990-91-92-ci illərdə görmüşük,
hadisələrin canlı şahidi olmuşuq. Dəstəbazların, qanunu pozanların, qanunsuz silah
saxlayanların başımıza gətirdikləri bəlanın ağrısını hələ də çəkirik. Özbaşınalıq
həm orduda, həm küçədə, həm də məhəllələrdə baş alıb gedirdi. İndiki siyasi sabitlik,
sakitlik, intizamın möhkəmlənməsi bizi anarxiyadan xilas etdi. Bu, Cənab Heydər
Əliyevin qətiyyəti sayəsində həyata keçdi. O, qətiyyətli idi. Ən çətin anlarda,
qorxulu məqamlarda qətiyyət göstərirdi. Atdığı hər addım təcrübə və məntiqə əsaslanırdı.
Cənab Heydər Əliyevdə güclü müşahidə qabiliyyəti vardı.
Bəzən başqaları üçün xırda, əhəmiyyətsiz sayılan məqamlar onun gözündən yayınmırdı.
İntuisiya və fəhm müdriklərə xas olan ən gözəl xüsusiyyətdir. Daxili inam və fəhm
ən böyük siyasətçiləri heyran qoyan addım atmaqda ona kömək edirdi.
Çox gözəl təhlil etmə qabiliyyəti vardı. Hər hansı bir
tamaşaya baxandan sonra onu elə samballı təhlil edirdi ki, heç bir ədəbiyyatşünas,
teatrşünas onun kimi təhlil edə bilməzdi.Cənab Heydər Əliyev əsərə tamaşa etdikdən
sonra çıxardığı nəticələr, baş verə biləcək qərarların qarşısını əvvəlcədən alma,
hadisələri düzgün istiqamətləndirmək bacarığı məni heyran edirdi.
Adaptasiya. Hansı mühitə düşürdüsə ətrafdakılarla
xoş münasibət yaratmağı bacarır, dil tapır, müdriklə müdrik, kiçiklə kiçik rəftar
edir, hamının yerini bilirdi. Diplomatiyada həmişə uğur qazanırdı. Təkcə onu demək
kifayətdir ki, dünya diplomatları, XX əsrin ən böyük şəxsiyyətləri, siyasi xadimləri
Heydər Əliyev diplomatiyasına heyran olurdular. Yadımdadır, Türkiyə Respublikasının
bütün dünyada məşhur olan «Nərgiz» TV kanalının
keçirdiyi rəy sorğusu nəticəsində toplanan 59413 səslə ilin ən görkəmli siyasətçisi,
diplomatı adına Cənab Heydər Əliyev layiq görüldü. Daxili mədəniyyəti yüksək idi.
Əsl azərbaycanlı kişisinə xas olan ağayanalığı beynəlxalq etik qaydalarının incəliklərini
dərindən bilməsi onu başqalarından əsaslı surətdə fərqləndirirdi. Maneraları da
olduqca təbii idi.
Özünə nəzarət. Ən çətin anlarda özünü itirmirdi.
Hiss və həyacanları daxilində boğmağı bacarırdı. Məqsədinə nail olmaq üçün dünyanın
bütün sirlərinə vaqif olan dörd şeyə-hikmət, ağıl, təmkin və ədalətə arxalanırdı.
Möhkəm yaddaş sahibi idi. Demək olar ki, göründüyünü, oxuduğunu,hadisələri olduğu
kimi yadında saxlaya bilirdi.
1993-cü il sentyabr ayında Cənab Heydər Əliyevə açıq
məktub və bir də bir şer yazıb göndərmişdim. Yazı 1993-cü il oktyabr ayının 14-də
«Yeni Azərbaycan» qəzetində dərc edilmişdi. 10 dekabr 1996-cı ildə Aqil Əliyevin
70 illik yubileyində həmin şeri oxudum. Cənab Heydər Əliyev məni çağırdı, əl tutduq
və dedi:
-- Təşəkkür edirəm, mən bu şeri çoxdan oxumuşam. Mən
valeh oldum.
Müəllimlərin XI qurultayında 200 nəfər şura üzvünün
siyahısı oxundu qurtardı. O, qalxdı və dedi:- Mənə aydın olmadı, nazirlərin bu işlə
nə əlaqəsi, Babaxan Muradovun adı çəkilmədi.
Qədim tarixə malik olan gözəl adət-ənənələrimizi, milli-mənəvi
dəyərlərimizi dərindən bilməsi də təqdirəlayiq idi. Baxışları, nitqi yalan danışa
bilməzdi. Cənab Heydər Əliyevin bir vətəni var- Azərbaycan! Onun dediklərini poeziya
sığalına gətirsəm:
Hara getsəm,
Harda olsam,
Əl çatmayan, ün
yetməyən
Bir qalada,
Darda olsam
Sənsən canım,
Mənim Azərbaycanım-deyirdi.
Müdrik el ağsaqqalı idi. O, Vətənini, torpağını sağlam ehtirasla sevdiyi kimi, millətini də, dilini də, dinini də ürəkdən sevirdi. «Ölsəm, xalqımla birlikdə öləcəm, yaşasam, xalqımla birlikdə yaşayacağam» deyirdi.
Heydər Əliyev bəşəriyyətin mənəvi fikir həyatı, real və ideal yaşayış arzuları ilə bağlı olan bir müdrik rəhbər, bəşəriyyətə nicat yolu göstərməyə qadir olan bir sərkərdə idi. O, qəlbində yaşatdığı arzularla, canlandırdığı gözəl, xoşbəxt gələcəyə inamla nəfəs alırdı:
Tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi, siyasi dövlət xadimi, Müstəqil Azərbaycan dövlətinin danisi, memarı, qurucusu, dövlətçiliyimizin möhkəmlənməsində misilsiz xidmətləri olan, kamil insan, dahi rəhbər, ümummilli lider cənab Heydər Əliyev 20-ci yüzillikdə Ulu Tanrının bizə, millətimizə, xalqımıza göndərdiyi nur idi. O nur qaranlıqları nurlandırır, xalqımızı daha parlaq gələcəyə aparırdı.
Cənab Heydər Əliyev dahi şəxsiyyət, müdrik rəhbər, qeyri-adi qüdrət sahibi olduğuna görə, qarşısına qouduğu ali məqsəd xalqına, millətinə, Vətəninə yüksək səviyyədə, sədaqətlə xidmət etmək, millətinin imzasını dünya xalqlarının imzaları sıralarında önə çıxarmaqdan ibarət olub. Ümummilli liderimiz Heydər Əliyev hansı xarici ölkələrə-Hindistan, Pakistan,Vyetnam, Çin, Ərəbistan, Yuqoslaviya, Mozanbik, Anqola, Macarıstan, Meksika, Rusiya, Ukrayna, Belarusiya və s. kimi böyük ölkələrə rəsmi səfərlərdə yüksək səviyyəli dövlət xadimləri, ölkə rəhbərləi ilə görüşlər keçirməklə, vaxt tapıb həmin ölkələrdə yaşayan azərbaycanlılarla da təmasda olur, onlarnı prloblemləri ilə maraqlanır və harda yaşamalarından, işləmələrindən asılı olmayaraq azərbaycanlı olmalarını unutmamağı tövsiyə edirdi.
Açığın deyim ki, sayı 50 milyona çatan azərbaycanlılar XX əsrin sonlarına qədər heç vaxt bir-biriylə həmrəylik nümayişi etdirməmiş, lobbiləşə, təşkilatlana bilməmiş, ayrı-ayrı ölkələrdə kortəbii fəaliyyət göstərən Azərbaycan icmalarının fəaliyyəti əlaqələndirilməmişdir. Buna görə də ümummilli liderimizin uzaqgörənliyi dünya azərbaycanlılarının bir araya gəlməsi, həmrəylik nümayiş etdirmələri adicə aksiya olmayıb, həm də zaman-zaman bu xalqın üzləşdiyi faciələrdən ibrət dərsi götürmək, vahid milli ideologiyaya sədaqət nümayiş etdirmək baxımından çox əhəmiyyətlidir. Dünya azərbaycanlılarını
həmrəyliyə çağırmaq, onların azərbaycanlı olmalarını bir daha yaddaşlara həkk eləmək böyük cəsarət tələb edirdi.
Cənab Heydər Əliyev bu arzusuna da çatdı. Bu
gün inamla demək olar ki, böyük rəhbərin müdrikliyi və uzaqgörənliyi sayəsində Avropa, Asiya, Amerik, Avstraliya və
başqa ölkələrdə yaşayan azərbaycanlılar özlərinin qüdrətli icmalarını, birliklərini yaradaraq bir-birilə həmrəylik nümayiş etdirir, adət-ənənlərinin, dilimizin, dinimizin, mənəvi-əxlaqi dəyərlərimizin qorunması istiqamətində birlikdə fəaliyyət göstərirlər. Ümummilli liderimiz Heydər Əliyev özünün bütün fəaliyyəti boyu, yaxın-uzaq səfərləri zamanı daim çalışırdı ki, taleyin hökmü ilə qismətinə qürbətdə yaşamaq düşmüş soydaşlarımızı bir araya gətirsin, onlardakı vətənpərvərlik duyğularını alovlandırmaqla hər biri öz tarixini, vətənini, Azərbaycanı sevsin, onunla fəxr etsin.
31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü bayram kimi təqvimə düşdü.
Təsadüfi deyil ki, «Dünya azərbaycanlılarının birinci qurultayı» da
Bakıda təşkil olundu. Bu
o demək idi ki, dünya azərbaycanlıları azərbaycanlı olduqlarını unutmasınlar və Azərbaycanın qayğısına qalsınlar, problemlərinin həll olunmasında yaxşı iştirak etsinlər. Heydər Əliyevin atdığı bu cəsarətli addım da öz səmərəsini verdi. İndi fəxr ilə demək olar ki, bütün dünyada yaşay1an
azərbaycanlılar Azərbaycanı bir an belə unutmurlar. Bütün ölkələrdə yaşayan azərbaycanlıların birliyi, cəmiyyətləri yaranıb və onlar da Müstəqil Respublikanın möhkəmlənməsinə, ona qarşı uzanan xain əllərin qarşısının alınmasına sinə gərirlər.
Biz respublikanın ən dönüşlü, məsuliyyətli dövründə Azərbaycan prezidenti Heydər Əliyevin çoxşaxəli fəaliyyətini yalnız ştirixlərlə verə bildik. Onu tam şəkildə təsvir etmək qeyri-mümkündür, çünki bunun üçün nəhəng tablo, lövhə, rəssəmlıq əsəri lazımdır. Liderin özünün həyatı kimi. Xarakterində karizmatik keyfiyyətlər,
yüksək intelektuallıqla, insaniyyətliklə, cazibədarlıqla uyuşan dünya miqyaslı dövlət xadiminin, nadir şəxsiyyətin fonomeni belşədir.
Liderin, insanın, şəxsiyyətin, atanın bu obrazı dünya ictimaiyyətinin gözündə çoxdan etimad qazanmışdır.
1997-ci lidə 60 mindən çox auditoriya sorğusunun nəticələrinə görə Türkiyənin «Nərgiz TV» televiziyasının «İlin adamı» mükafatının ona təqdim olunması buna nümunələrindən biridir.
2003-cü il oktyabr ayının 1-də
ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqına müraciəti də dahi şəxsiyyətin uzaqgörənliyindən xəbər verirdi:
«Üzümü sizə, həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intelektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerci və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirirək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».
Qəbrin nurla dolsun, ey
dahi insan,
Alimsən, şairsən, gözəl memarsan.
Səni unudarmı can Azərbaycan,
Biz harda varıqsa, sən orda varsan.
Комментарии
Отправить комментарий