Dağlar


              Dağlar

Ustad Ələsgərin telli sazıdır,
Məni bu yerlərə gətirən, dağlar.
Bu loğman havadı, bu loğman sudu,
Üstündən dərd-qəmi götürən dağlar.

Qəlbimi göynədir intizar gözü,
Dilimdən düşməyir el-oba sözü.
Gəzdim Əyriqarı, gördüm Ağdüzü,
Bağıran lalələr bitirən dağlar.

Sellərin, suların, durulmuş çağı,
Gəldim halallaşaq ömrün qış çağı.
Hünər köhlənimin yorulmuş çağı
Məni aşırımdan ötürən, dağlar.

Ya nəsib, ya qismət bir gələm mən,
Çeşmələr başında deyib güləm mən.
İstərəm qoynunda qalıb öləm mən
Əvəzi arzuya yetirin, dağlar.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri