Dədə Heydər
Dədə Heydər
Müdrik el ağsaqqalı idi. O, Vətənini, torpağını sağlam ehtirasla sevdiyi kimi, millətini də, dilini də, dinini də ürəkdən sevirdi. «Ölsəm xalqımla birlikdə öləcəm, yaşasam xalqımla bilikdə yaşayacağam» deyirdi.
Heydər Əliyev bəşəriyyətin
mənəvi fikir həyatı, real və ideal yaşayış arzuları ilə bağlı olan bir müdrik rəhbər, bəşəriyyətə
nicat yolu göstərməyə
qadir olan bir sərkərdə idi. O, qəlbində yaşatdığı arzularla, canlandırdığı gözəl, xoşbəxt gələcəyə inamla nəfəs alırdı.
Tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi, siyasi dövlət xadimi, Müstəqil Azərbaycan dövlətinin banisi, memarı, qurucusu, dövlətçiliyimizin möhkəmlənməsində misilsiz xidmətləri olan, kamil insan, dahi rəhbər, ümummilli lider Cənab Heydər Əliyev 20-ci yüzillikdə
Ulu Tanrının bizə, millətimizə, xalqımıza göndərdiyi
nur idi. O nur qaranlıqları
nurlandırır, xalqımızı daha parlaq gələcəyə aparırdı.
Cənab Heydər Əliyevin dünyasını dəyişməsini eşidəndə böyük sarsıntı keçirtdim. Bu ağır dərd ürəyimin çiynindən asıldı, qəlbində qəm karvanı hərəkət elədi. Cənab Heydər Əliyevə ümumxalq məhəbbətini 1994 cü ildə bir çağırışla 100
minlərlə adamın Prezident Aparatına gəlməsində, bir də onu son mənzilə yola salanda gördüm. Bəli, xalqımız Dədə Heydəri çox təəssüf ki, vaxtsız itirdi. Axı, Cənab Heydər Əliyevin bundan sonra görüləsi işləri, başa çatmamış arzuları, həvəslə düzəltdiyi Filarmoniyanın açılışına gəlmə niyyəti vardı. Axı, öz ciyərparası cənab İlham Əliyevi prezident kimi görmək, onu təbrik etmək, ağsaqqal xeyir-duası vermək həvəsindəydi. Axı, əsasını qoyduğu, bayrağını ucaltdığı, dünyaya tanıtdırdığı,
böyük məhəbbətlə sevdiyi Azərbaycanı daha zəngin bir ölkə kimi görmək arzusundaydı.
Allah rəhmət eləsin, qəbri nurla dolsun, ruhu şad olsun. Lakin bir təsəllim var ki, cənab Heydər Əliyevin uyuduğu məzar min illər keçsə də ziyarətgahımız, qibləgahımız, səcdəgahımız, Kəbəmiz, Kərbəlamız, and yerimiz olacaq. Cənab Heydər Əliyevin müqəddəs əməlləri gələcəyə gedən yolumuzu daha da nurlandıracaq. Cənab Heydər Əliyev həmişə bizimlədir, qəlbimizdədir, əl boyda ürəyimizdədir.
İntizarla, həsrət ilə,
Biz yolunu gözləyirdik,
Dədə Heydər!
Gözləyirdik, təyyarələrdən çıxacaqsan
O vüqarlı baxışınla
Azərbaycan dünyasına
Sən yenidən baxacaqsan,
Dədə Heydər!
Gözləyirdik,
Təyyarədən düşən kimi
Oğlun İlham Əliyevin
Əllərini sıxacaqsan,
Dədə Heydər!
Nə biləydik, ömür yolu
Gəlib burda sona çatıb.
Nə biləydik, qürbət eldə,
Əcəl sənə əl uzadıb,
Dədə Heydər!
Bu xəbərdən sarsılıb,
Mələklər də ağladı.
Qayalara qısılıb,
Küləklərdə ağladı.
Durnanın qatarından
Bir-bir qırılıb düşən,
Lələklər də ağladı.
Bıldır-bıldır yaş tökdü,
Ləcəklər də ağladı
Nakam qalan arzular,
Diləklər də ağladı.
Güllər boynunu bükdü,
Çiçəklər də ağladı.
Gələn qara xəbərdən
Böyük cahan ağladı
Səni ürəkdən sevən
Azərbaycan ağladı,
Dədə Heydər!
Səni yola salmağa
Qalxıb bütün xalq gedir.
Böyüklərə qoşulub
Neçə min uşaq gedir.
Göyərçin qanadında,
Ellərə soraq gedir.
Dədə Heydər!
Bu izdiham, bu axın,
Elə bil ki, dənizdi.
Bu tarixi şəxsiyyət
Hamımıza əzizdi.
Hamıya ulu olan
Heydəri xalq istədi,
Xalqı Heydər istədi.
Xalq onu son mənzilə
Kədərlə yola salır.
O bizim qəlbimizdə
Yenə də rəhbər qalır.
Ulduzdu O, aydı O,
Ümmandı O, çaydı O,
Allahın bu millətə
Bəxş etdiyi paydı o.
Vicdanımın səsiylə,
Baharın nəfəsiylə,
Vətəndaş həvəsiylə
Bir dastan yazam gərək.
Sədəfli saz inciməz,
Çiçəkli yaz inciməz,
Sədi Şiraz inciməz,
«Gülüstan» yazam gərək.
Yerə-göyə sığmayan
Dəfə-neyə sığmayan
Bu itgini, bu dərdi
Allahın köməyilə
Qızıldan yazam gərək
Əl atıb yapışmışam
Xudanın ətəyindən
Heydərin zəkasıyla
Ağ günə çıxdı vətən
Ürəyimin qanıyla,
İstəyimin canıyla
Milləti ağ günlərə
Azadlığa çıxaran
Sədaqətli, vəfalı
Bir
dostdan yazam gərək.
Bu millətə bu xalqa
«Qurtuluş»u O verdi
«Atəşkəsi» O verdi.
Yadların, yağıların
Qulağını batıran
Bu gur səsi O verdi
Bu millətin özünü
Özünə qaytardı O
İtib-batan dilini
Sözünü qaytardı O
Telləri min havalı
Sazını qaytardı O
Müstəqil ölkəmizin,
Yazını qaytardı O,
Başı Ucadan uca
O vüqarlı bir dağdı
Bizimlə addımlayır,
Öndər ölməyib,
sağdı
Əl boyda ürəyimdə
Dağ
boyda Heykəldi O
Gözümdəki işıqdı,
Ağzımdakı dildi O
Qurandı, yaradandı
Hamıya yar adamdı
Göz
yaşım gilələndi
Üzümdən yerə damdı.
Allah onu göndərmişdi
Gözəlləşsin bu vətənim
Haqdan gələn bir nur idi,
Haqsızlığa zülmə qənim,
1993-də, 94-də,95-də
Nələr çəkdi başı onun
Nankor əllə düyün düşdü,
Müşgül oldu işi onun.
Sərt ayların,
nəhs illərin
Bu müxtəlif nəsillərin
Qaynağından saldırdı O
Yurdumuzun dincliyini.
Güllələrin yağışından
Qorudu O gəncliyini.
Fəlakətlər pəncəsindən
O, mərd çıxdı dönə-dönə
Buz
suları diş göynədən
Yaylağına karvan-karvan
Elim köçən,
Dərəsində yarpız bitən,
Qayasında min əfsanə,
Nağıl yatan
Dağlar ona arxa oldu,
Kömək oldu.
Onu
dağla qovuşduran
Dözüm oldu,
qeyrət oldu
Əmək oldu.
Gərdiş ağır,
zaman çətin
Beli bükülmüş millətin
Qamətini sən düzəltdin,
Bu xalq üçün nələr etdin,
Dədə Heydər!
93-də yazıdığım
şeir yadıma düşdü.
Şərin dizini bükən
Xeyir yadıma düşdü,
Dədə Heydər!
Daş-daş
üstə qalmaz idi
93-də gəlməsəydin
Ölkə azad olmaz idi
93-də gəlməsəydin.
İş gəlmişdi gör nə yerə,
«Nər» olmuşdu bir heyvərə.
Bölünürdük neçə yerə
93-də gəlməsəydin.
Bakı
burda dağılırdı.
Gəncə
orda boğulurdu,
Millət cana yığılırdı,
93-də gəlməsəydin.
Azərbaycan,
ana yurdum,
İlk
yuvamı burda qurdum.
Yaranmazdı
Milli Ordum,
93-də gəlməsəydin,
Dədə Heydər!
Bu sakitlik, bu sabitlik
Hopdu bizim canımıza
Danılmayan bir həqiqət
Aydın oldu hamımıza
Namərd addım ata bilməz
Dədə Heydər olan yerdə.
Nadan eli sata bilməz
Dədə Heydər olan yerdə.
O, zəkadı, qəhrəmandı
Vətən üçün daim yandı
Bizi gözdən salanların
Arxasınca daş atdı o.
Laylamızı, nəğməmizi,
Dilimizi yaşatdı o,
O, günəşdi, parlaq günəş.
Sönməz nuru,
hərarəti
Bu torpağın üstündədir
Bir
möhtəşəm palıddır o
Ruhu xalqın üstündədir
Ürəklərdə heykəlləşdi,
Ululaşdı, dahiləşdi,
Dilimizdə nəğmələşdi
Dədə Heydər!
Neçə-neçə təhlükədən
Bir
ər kimi sovuşdu o
Ölüm heç də sevinməsin
Ölməzliyə qovuşdu o
Комментарии
Отправить комментарий