Açılmır
Açılmır
(Xoruzlu kəndinə evinə qonaq
getdiyim dostum
Məmməd
məni
soyuq mənzildə yatırtdı.)
Evin abad olsun, a Məmməd qağa,
Donmuşam hələ də donum açılmır.
Məni saldın köhnə, boyat otağa,
Buzdayıb damarım, qanım açılmır
Niyə gözdən saldın, ay qağa məni,
Bəlkə oxşatmadın qonağa məni?
Səhər tutdun bala, qaymağa məni,
Desəm də, gülsəm də eynim açılmır.
Hörmətin var bu el-oba yanında,
Ata, ana, nənə, baba yanında.
Özün yatdın isti soba yanında,
Mənsə qaxac oldum canım açılmır.
Yaradan xəlq edib Lələdağ məni,
Dərd-əsər eyləyib Qarabağ məni.
Yurda həsrət qoyub qurumsaq məni,
Bağlanıb yollarım, yönüm açılmır.
1992
Комментарии
Отправить комментарий