Dağlara



Dağlara

Dağda doğulmuşam, dağlar oğluyam,
Odur ki, yatıram üzü dağlara.
Xınalı kəkliklər, sərin çeşmələr,
Səsləyib a dostlar, bizi dağlara.

İndi çal-çaxırdı Paşabulağı,
Qızlar suya gəlir hər axşam çağı.
Pendiri, qatığı, südü, qaymağı,
Tükənməz, qoy gəlsin yüzü dağlara.

Üçtəpə yaylağı yaşıl xalçadı,
Turşəngələr elə bil gömgöy alçadı.
Bir yan quşəppəyi, bir yan dolçadı,
Dəyməsin bədnəzər gözü dağlara.

Dalbadal kəsilir qurbanlar, allah,
Yır-yığış eyləyir çobanlar, allah.
Köçür yaylaqlara  canlar, allah,
Vallah kəsməliyəm quzu dağlara.

Şəlalə aynadır, suyu göz yaşı,
Bulaq oğlanların könül sirdaşı.
Əvəzin dağlarda ağarıb başı,
Nədənsə düşməyib izi dağlara.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri