Mənə təzə şeir verin


Mənə təzə şeir verin

Mənə təzə şeir Verin,
Od nəfəsli,
Sabir səsli,
İki qəlbin döyüntüsü,
Vüsalı tək şirin olsun.
Duyğuları gül qoxulu,
Piyaləsi şehlə dolu,
Dağ laləsi,
Dağ havası,
Buz bulaqlar suyu kimi
Sərin olsun.
Mənə təzə şeir verin
Misraları çiçək-çiçək
Ürək açan,
Qəlbə yatan,
Uca dağdan,
Sətr qayadan
Axıb gələn dağ çayı tək
Daşqın olsun,
Müşfiq kimi coşğun olsun,
Mənə təzə şeir verin,
İlk mayası zəhmət olsun,
Ülfət olsun,
Qeyrət olsun,
Məhəbbətdən yoğurulsun

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri