Mən necə yanım

Mən necə yanım

Hicranın əlindən cana gəlmişəm,
Düşübdü azara o sağlam canım.
Hərarət içində yanır bədənim,
Kədərlə, qüssəylə keçir hər anım.

Nə loğman tapılır, nə dərdə dərman,
Namərdin gözünü örtüb qızıl qan.
Mənə qəsd elədi nainsaf zaman,
Az qalır dayana damarda qanım.

Nədən gileylisən, Əvəz Lələdağ,
Anam köç eylədi sinəsində dağ.
Kimləri udmayır bu qara torpaq,
Onların halına de, necə yanım?
11.09.2010

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri