Ömür yolu
Ömür yolu
(Nərçə Ağayevin ölümü məni sarsıltdı)
Dostlar yavaş-yavaş daşdanır,
qardaş
Əcəl şərbətini içib gedirlər.
Həsrətdən əriyir daş, yanır, qardaş
Bu fani dünyadan köçüb gedirlər.
Hicran adım deyil, soyadım deyil,
Ürəyim sərt daşdan, qayadan deyil.
Bu yolun yolçusu qayıdan deyil.
Ömür karvanını çəkib gedirlər
Bu yol davam edir məzara qədər
Taleh yazısını pozana qədər
Gedənlər içində təzə nə qədər
Dağları sinəmə çəkib, gedirlər
Əvəz Mahmud Lələdağ
Комментарии
Отправить комментарий