Dağlar


Dağlar
Niyə belə qəmlisiniz
Yönü bəri yatan dağlar.
Yazda , yayda hay-haraylı,
Qışda yasa batan dağlar.

Bu nə görkəm, bu nə duruş,
Hanı Nəbi, hanı Nuruş,
Yaylaqları qarış-qarış,
Kimlər oldu satan, dağlar.

Namərd oldu qanlı yağı
Zədələdi bu torpağı!
Sinəmə çəkdilər dağı,
Yandı mənim atam , dağlar.

Yurd yerləri boş qalıbdı,
Ocaq sönüb daş qalıbdı.
Gözlərimdə yaş qalıbdı,
Yoxdur qoldan ,tutan dağlar.

Kimlər aşdı arxaşanı,
Yadlar pozdu haqqı- sanı.
Çal-çağırlı ellər hanı,
Çatmır dada çatan, dağlar.

Neçə qapı bağlı qaldı,
Neçə sinə dağlı qaldı,
Yağlıgüney yağlı qaldı,
Kimdi bizi atan,dağlar.

Ömrümün qürub çağında,
Bir qızınam ocağında .
O mehriban qucağında
Bir doyunca yatan, dağlar.


İgidlərin nərəsində,
Çəkiləcək bu duman çən.
Sevinəcək ana Vətən,
Dərdi, qəmi atan dağlar.








Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri