Necədi?


                            Necədi?
Yenə yada düşdü bizim tərəflər
Ya Rəbb,Arzubulaq görən nücədi?
Solub Çiçəklinin gülü çiçəyi
Xamdan əsər yoxdu, örən necədi?

Çıxmır xəyalımdan kahaqabağı,
Hacının xımanı, Hacının bağı.
Yollara boylanır, İşiqlıdağı!
Qəmərat necədi, Kürn necədi?

İndi kim otarır Yağlıgüneyi,
Xançoban çalırmı o gözəl neyi?
Nənəm itiribdi Telli ineyi,
Dağlar çən-dumandı, aran necədi?

Vətənin eşqiylə ucaldı Əvəz,
Vətəndən cəsarət ,güc aldı Əvəz.
Qərib- qürbət eldə qocaldı Əvəz,
Şair, qocalıqla aran necədi?

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri