Həsrət duyğuları


                                Həsrət duyğuları
Salam Qaragüney, köhnə oylağım,
Gəlmişəm mamırlı daşını öpəm.
Qoynunda əriyib cavanlıq çağım,
Gəlmişəm çovğunlu qaşını öpəm.

Səndə bir gözələ könül vermişəm,
Könlüm o günləri yenidən andı.
Canıma od salan güllərin hanı?
Səni qəmli gördüm ürəyim yandı.

Kəkliyin ,turacın didərgin düşüb,
Bildirçin perikib geri qayıtmır.
Niyə bəxtimizə qəzəb, kin düşüb,
Niyə gedənlərin biri qayıtmır.

Qaya kölgəsində sərinləyərdim,
Malı qaytarmağa özüm gedərdim.
Onda zərrə qədər yo idi dərdim,
Oturub o qızla söhbət edərdim.

Necə ülvi idi o söz, o söhbət,
Nə söhbət qutarır, nə gün batırdı.
Bizi ağuşuna alan məhəbbət,
Girib gözümüzdə şirin yatırdı.

Səndə uşaqlığım, gəncliyim qaldı,
Səndən ilham aldım, səndən güc aldım.
Bozqaya dibində dincliyim qaldı,
Qərib-qürbət eldə vaxtsız qocaldım.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri