Olub


                              Olub

Yollara göz dikdim illərdən bəri,
Gözüm həsrət qalıb indi nura da.
Bu geden karvanlar qayıtmır geri,
Hələ qaysaqlamır dərin yara da.

Özümü çox vurdum alova ,oda,
Dünyada qalırmış dünyanın malı.
Ötüb keçənlər salanda yada,
Yamanca qarışır könlümün halı.

Mən vurğun olmuşam bir təmiz ada,
Yaxşı insanlardan aldım yaxşı dərs.
Bir insaf görmədim fani dünyada,
Var-dövlət  yığmaq da əbəsdir, əbəs.

Vətən qarşısında , xalq qarşısında,
Alnım açıq olub, üzüm ağ olub.
Gecəli-gündüzlü fikir, xəyalım,
Elim- obam olub, Qarabağ olub.

İgidlik ən gözəl addır insana,
Varlılar varını sovurmaz göyə.
Paxıllıq eləmək ziyandır cana,
Onun səbəbini soruşma , niyə?
Mənasız işlərdən uzaq olmuşam,
Özündən deyənlər pürkamal deyil.
Elin keşiyində ərd dayanmışam,
Biclik, dələduzluq yaxşı hal deyil.

Artıq haqlayıbdı məni qocalıq,
Ağsaqqal olmuşam hələ gənc ikən.
Amalım ,iqbalım olub ucalıq,
Qaçmışam minnətli olan süfrədən.

Çörəyin halalı, duzun halalı,
Halal zəhmətimin qazancı olub.
Zəhmətlə toplayar arılar balı,
Zəhmət həyatımın şah tacı olub.

Vətən qarşısında, xalq qarşısında,
Alnım açıq olub, üzüm ağ olub.
Gecəli –gündüzlü fikir, xəyalım,
Elim-obam olub, qarabağ olun.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri