Qürbətdə qalan yaylaq


Qürbətdə qalan yaylaq

Tale mənə qanaq taxa,
Uçam, gedəm o yerlərə.
Baxam, görəm necədirlər,
Əhməddibək , Daşıldərə.

Qarıyarıq, Qızılboğaz
Ala göllər yerindəmi.
Ay dəli Kür, ay xan Araz
Bizim ellər yerindəmi.

Əriməzim , Əyriqarım,
Sizə gələn ellər hanı.
Quşəppəyim , qulamçarım,
O ətirli güllər hanı.

Şəhər –şəhər salam verəm,
Buzovyala, Ağbulağa.
Şehli- şehli çiçək dərəm,
Tək-tək düzəm buxağa.

O sərin su,loğman hava,
Ayrı düşüb el obadan.
Ova çıxmır Ütük baba,
Nə dovşan var, nə dəqaban.

Düşmən düşmür şər atından,
Böcək belə dəymir gözə.
Qorxusundan yer altından,
Göbələkdə çıxmır üzə.

Sarıyoxuş, palantökən,
Yağı dirənib yoxuşa.
Çəkiləcək bu duman, çən,
Gözlə , gələcəm görüşə.

Mən duz kimi yalıyacam,
Üçtəpəni, göbəkdaşı.
Ox olacam, atılacam.
 Müddahıya,yada qarşı.

Qoşun olub qoşulacam,
Qılıncyala, Qoşundaşa.
Yağılara dərd olacam,
Son qoyacam, bu savaşa.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri