Sən oldun


Sən oldun
                                                  Milli Qəhrəman Mübariz İbrahimovun
                                              Əziz xatirəsinə

Sən şəhid olmusan Vətən yolunda,
Şəhidlik hamıya qismət olmayır.
Mələklər hərlənir sağı-solunda,
Canından qorxanda qeyrət olmayır.

Eşq olsun yurdumun səntək oğluna,
Vətən qarşısında gülən sən oldun.
Yaşı bilinməyən qoca dünyada,
Biz gəldi-gedərik, qalan sən oldun.

Hər oğul bu yolu seçə bilməzdi,
Içindən qorxunu çıxarıb atdın.
Hər oğul bu oddan keçə bilməzdi,
Sən alovdan keçdin, arzuna çatdın.

Təəssüf  eyləmədin son nəfəsində,
Bir ömür bəxş etdin yüzünə qurban.
Yağının bağrını yardı səsin də,
Koroğlu nəslisən, gözünə qurban.

Igidlik göstərdin sən bu yaşında,
Ucaldın, ən uca dağa tay oldun.
Vətən torpağının hər qarışında,
Gündüz  Günəş oldun, gecə Ay oldun.

Bu gün də döyüşdə səngərlərdəsən,
Yenə susayırsan düşmən qanına.
Məzarda yatsan da ürəklərdəsən.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri