Ana


Ana

Tənhalıq içində əriyir ömrüm
Yorulub həyatdan usanmışam mən.
Hərdən istəyirəm bir haray çəkim
Ölüm yatağından ayılasan sən.

Neçə illər keçib ... O vaxtdan bəri
Ürəkdə həsrətin yeri üşüyür.
Ayağı ağrılı xəstə günlərin
Gizli göz yaşımla yadıma düşür.

Az qala ürəyim sinəmdən çıxa
Dərdimi nə yaxın,nə özgə duyur.
Anasız taleyim puçdu dünyada
Anasız qızların bəxti heç olur.

Mənim sınıq qəlbim sevinmir əlbət
Könlümü oxşayan,əzizləyən yox.
Ana sevgisinə həsrətəm,həsrət
Gizli göz yaşıma dayan,deyən yox.

Kaş sənin ağrını özüm çəkəydim
Dərdini gözündən biləydim,ana.
Nazını çəkməyə yorulmayaydım
Sənin yerinə mən öləydim,ana.

İsti qucağına indi acam,ac
Daha bir kimsəyə sığınmağım yox.
Sənin sığalına möhtacam,möhtac
Başqa bir nəfəsə qızınmağım yox.

Eşit əziz ana,eşit səsimi
Sənsiz günlərimi əriyirəm mən.
Hərdən istəyirəm bir haray çəkəm
Yenidən ömrümə qayıdasan sən.
                                                                             2006 ––––– Əntiqə

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri