Şığa Şahin kimi


Şığa Şahin kimi
Başımın üstündə qılınc oynadı,
Zərbə kürəyimə arxadan dəydi.
İçimi yandırdı intiqam odu,
Tale nəzərini üstündən əydi.

Düşmən gecə-gündüz marıqda yatdı,
Nələr çəkdiyimi bir Allah bildi.
Nadanlar Laçını özgəyə satdı,
Xocalı harayı göyə yüksəldi.

Şuşanın dağları qəmlidir hələ,
Quşların gözündən qanl yaş axır.
Hələ açılmayır qurulan tələ,
Gör Cıdır düzünə indi kim çıxır.

Kəlbəcər, Ağdərə, Ağdam yaralı,
Qanıma susayan görün kim oldu.
Füzüli , Cəbrayıl bizdən aralı,
Verdiyim çörəyin duzu kəm oldu.

Görün çatlamırmı Qarabağ  xanı,
Gavurlar  Qalanı kəməndə saldı.
Bülbüllər oxuyan  Xanbağı hanı,
Qubadlı, Zəngilan yadlara qaldı.

Hanı bu torpağın igid ərləri,
Gəlib yağıların belini qıra.
Gələ Babəklərim, Cavanşirlərim,
Düşmənin köksünə yaralar vura.

Hanı Koroğlunun dəli nərəsi,
Niyə nadanların qulağı batmır.
Hanı Qardaşxanın cəsur dəstəsi,
Bu elin , obanın hayına çatmır.

Hanı Zəngəzurlu Soltanbəy,hanı
Tapın Ağammədi, o çal Aslanı!
Xəbərdar eləyin bütün dünyanı.
Qürbətdə qaldır elin bir yanı.

Soltanov qardaşlar Qarsdadır hələ,
Laçında dığalar at oynadırlar.
Tamarzı qalmışıq bir Qaragölə,
Naşılar yurdumda qarmaq atırlar.

Nəbini  görəndə dağda, aranda,
Çörək itirənlər zağ-zağ əsirdi!
Nuruş ayağını yerə vuranda,
Qaya diksinirdi, dağ- daş əsirdi.

Deyirəm bəlkə də yaxşı kişilər,
Yaxşı atları da minib getdilər.
Bu fani dünyanın istəkıərindən,
Xəcalət çəkdilər dönüb getdilər.

Yarım o yandadır, yarım bu yanda,
Bölünə bölünə xırdalanmışıq.
Candan can vermişik, can gedib candan,
Tarixən həmişə biz yanılmışıq.

Dözülməz dərdlərə döz görüm indi,
Ürəyim az qalır sinəmi yırta.
Talan eləyiblər şəhəri, kəndi,
Ulu məzarların qalıbdır darda.

Yollar göz dikib qəbir daşları,
Alışıb yanıbdır babanın goru.
Bir az qeyrətə gəl ay Vətən oğlu,
Dünəndən qalanıb bu gün qoru.


Şığa Şahin kimi düşmənin üstə,
İti caynağınla, parçala qorxma!
Dağılsın al qanı daşların üstə,
Qanla sillələnsin hər çala, qorxma.

Sənin sərvətindir bu torpaq, bu su,
Düşmən dirənibdir yoxuşa oğul.
Bu yurdun basılmaz güclü ordusu,
Bir gün son qoyacağ savaşa oğul.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri