Dördlüklər
Dördlüklər
Daşda
dözüm vardır yağışa, qara,
Dostlar
istəmirəm ürək daş olsun!
İstərəm
dünyada hamı mehriban,
Can
deyib eşidən dost, sirdaş olsun.
Əzəldən
belədir hökmü zamanın,
Bahar
qış nəfəsli olmaz heç vədə
Hərə
yuvasında gələr dünyaya
Bayquş xarabada,
qartal zirvədə.
Baxıb
uşaqlara qibtə edirəm,
Deyirəm
kaş uşaq yaşım olaydı.
Qotazlı
cantamla dərsə gedəydim,
Indi ki
düşünən başım olaydı.
Sənin
yadındamı o axşam çağı
Sənə gül
uzatdım könül bağından.
Coşdu
ilhamının sızqa bulağı,
Təbəssüm
süzüldü gül dodağından.
Yağının
içində qaynayır zəhər,
Başım
girləyir indi bir təhər.
Az
qalıb, daşlara çırpılacaqdı,
Köhlənin
belindən əyilib yəhər.
Vətən
deyə-deyə can getdi bada
Görən
candan şirin nədir dünyada?
Ölsəm el
yolunda halaldır qanım,
Gəzdiyim
oylaqlar qalmasın yada.
Vətən mənə
əziz, müqəddəs ana,
Varımda,
yoxumda peşkədir ona.
Vətənin
yolunda qurbandı canım,
Fidan
çiçəkləri batmasın qana.
Çıxa ürəyimdən
həsrət tikanı,
Öz doğma
elimdə bəsləyəm canı.
Bir də
gülşəmimə sazaq əsməsin,
Bir də
tökülməsin ərlərin qanı.
Sönən
çıraqları yandırmaq çətin,
Vətən
yanğısından yan durmaq çətin.
Yüz
ildir sağalmır sözün yarası,
Cəllad
baş kəsəni qandırmaq çətin.
Ayılmır,
daş kimi yatıbdı dünya,
Yaxşını
yamana qatıbdı dünya
Indi də
yuxusu ərşə çəkilib,
Nə qədər
günaha batıbdı dünya.
Haqsızlıq
atəşi məni dağlayır,
Ahımdan
daş yanır, dağlar ağlayır.
Iyirmi
beş ildir düyün açılmır,
Yolkəsən
namərdlər yolu bağlayır.
Qəflət
yuxusundan açıla gözüm
Hövsələm
tükənib, qalmayıb dözüm.
Özgədən
mən imdad gözləmirəm də,
Özüm
qalxmalıyam cihada özüm.
Canım
ciyərimsən Vətən, ay Vətən,
Sənə göz
dikibdi hər yoldan ötən.
Düşmənin
başına alov tökərəm,
Qoymaram
gülümü qoxlaya yetən.
Sən mənim
vüqarım, başımın tacı,
Sən mənim
çəkdiyim dərdin əlacı.
Sinəmə məlhəmdir,
yarama dərman,
Vətənin
horrası, aşı, umacı.
Minəm
yel yerişli atın belinə,
Sürəm
yavaş-yavaş doğma elimə.
Eşqin
xumarlığı məst edə məni,
Əlim
çata nazlı yarın əlinə.
Nicat
qapısına tapılan açar.
Bir
yandan bağlayan, bir yandan açar.
Niyə
igidlərim kənardan baxır,
Tikanı
barmaqdan iynə çıxardır.
Комментарии
Отправить комментарий