Dərdimin
Dərdimin
Allahım, əlimdə ixtiyar ola,
Axıdam dərdini suya dərdimin.
Loğmanı kasaddı, təbibi qıtdı,
Çarəsi tapılmır niyə dərdimin?
Allahım, bu dərddən nə qədər yazım,
Niyə çiçəkləmir, gül açmır yazım?
Köynəkdə qalıbdı sədəfli sazım,
Naləsi çatıbdı göyə dərdimin.
Deyirlər nicatı birlikdir ancaq,
Köz-közə söykənsə gur yanar ocaq.
Vətənin eşqidir gözümdə çıraq,
Yaradan sirrini deyə dərdimin.
Gündüz yas saxladım, gecə vay etdim,
Aşağı, yuxarı götür-qoy etdim.
Nahaqdan əvəzi “quru bəy” etdim,
Heydər nöqtəsini qoya dərdimin.
Комментарии
Отправить комментарий