Xoş gördük



Xoş gördük
(Milli qərəmanımız Əliyar Əliyevin əziz xatirəsinə)
Görüşünə gəldim yenə,
Qardaş,xoş gördük ,xoş gördük.
Sitəm edir bu dərd mənə,
Qardaş, xoş gördük ,xoş gördük.

Çalışırdım səni görəm,
Hanı qoşqar , hanı Kərəm.
Ürəyim bağlayıb vərəm,
Qardaş, xoş gördük , xoş gördük.

Hanı Həcər, Nəbi babam,
Dara düşüb elim,obam.
Sən fələkdən almadın kam,
Qardaş, xoş gördük , xoş gördük.

Otuz beş il ömür sürdün,
Yaxşı gördün , yaman gördün.
Kipriyinlə od götürdün,
Qardaş, xoş gördük , xoş gördük.

Qan –qan deyir qanlı düşmən,
Səngimir bu duman , bu çən.
Sənə güvənirdi Vətən,
Qardaş xoş gördük xoşdük.

Ayağa dur səninləyəm,
Qıyma bu qədər inləyəm.
Yoxa çıxıb mənəm deyən,
Qardaş xoş gördük xoşdük.

Düçar olub dərdə bəxtim,
Yan-yörəmdə mərdə baxdım.
Dönüb sənə birdə baxdım,
Qardaş xoş gördük xoşdük.
  

Əvəz müəllim ,sizə əvəz tapılmaz,
Təbinizə çatan nəfəs tapılmaz.
Sumqayıtda elə bir kəs tapılmaz
Sizin kimi sinə,dəftər tanınan.

Sizikidir allı, güllü qoşqular,
Təlatümlər, qaynamalar, coşqular.
Məsəl var ki, qoç zərbilə, qoç durar,
Lərzə salın bədxahların canına.

Bulağınız bayatılı, ağılı,
Dostlar sizin başınıza yığılır.
Uzun çəkir yurdun həsrət nağılı,
Gedib çıxır, xoruzların banına.

Gözünüzü saptırmayın siz,yana,
Vaxt gələcək çəkiləcək sis yana.
Bakıdan yol çəkiləcək Sisyana,
Gedəcəyik  Ağrı daın yanına.

                                                                                                                   Əli Nəcəfxanlı
                                                                                                                    Şair, jurnalist

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri