Zəhmət ətri


Zəhmət ətri
Məni heyran etdi kəndçi vüqarın
Ilkinlik, kəndçilik yaraşır sənə.
Dillərdə dolaşır sözün, söhbətin
Ürəkdən bağlısan doğma Vətənə.

Əlindən süzülür zəhmət ətiri,
Bağrına basıbdı bu dağlar səni.
Qırçıın cığırların qırçın sətiri,
Açıb qollarını qucaqlar səni.

Baxıb zövq alırsan güldən, çiçəkdən
Sular layla çalır xumarlanırsan.
Gözünü çəkmirsən boz biçənəkdən
Sən həyat eşqiylə alovlanırsan.

Əlindən süzülür zəhmət ətiri,
Bağrına basıbdı bu dağlar səni.
Qırçıın cığırların qırçın sətiri,
Açıb qollarını qucaqlar səni.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri