Olmaz


Olmaz

Yalan kəlmə desən, dilim,
Doğranasan dilim-dilim.
Yad gülünü dərmə, əlim,
Yad gülündə ətir olmaz.

Kin yaşatma, ürək sən də,
Dözüm olsun gərək səndə.
Xeyirxahlıq görək səndə,
Kinlilərdə xətir olmaz.

Özgələrdən yığıl, gözüm,
Alqumaş ol mənə, bezim.
Əvəz, budur sənə sözüm,
Qonşu paydan yatır olmaz!

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri