Azərbaycanım
Azərbaycanım
Sinəsində min gül
bitən
Torpaq mənim,
Dərə mənim,
Dağ mənimdi.
Axşam sabah bülbül
ötən,
Allı-güllü bağ mənimdi.
Orda, cücərmişəm
bitmişəm orda
Qoyuna, quzuya
getmişəm orda.
Oylağım olubdu
dağlar, dərələr
Bulaqlar, çeşmələr,
xoş mənzərələr
Orda dişəribdi ilk məhəbbətim
Dildən dilə düşüb
sözüm, söhbətim
Orda bir gözələ
könül vermişəm,
Orda gül dərmişəm,
çiçək dərmişəm
Ana torpaq
qan veribdi,
can veribdi,
nəfəs verib,
həvəs verib mənə
orda
əməllərim gönçələnib
yenə orda.
Onu yada versəm əgər
Dilim-dilim
doğranım mən,
Qayalara çırpılım mən,
Sünbül kimi
qırpılım mən.
Anam qədər əziz
olan
Südüm kimi təmiz
olan
O torpağa qurban
olum.
Qucağında nemət
olan,
bağca-bağa qurban
olum
Hər tərəfin gülşən
olsun, ana yurdum
Oğlun, qızın qoy şən
olsun, ana yurdum.
Bir gün səni bütöv
görüm, ulu Azərbaycanım
Isti qoynu sərvət
ilə dolu Azərbaycanım!
Комментарии
Отправить комментарий