İstəkli nəvəm Rəvana


Qurban olum
İstəkli nəvəm Rəvana

Nə ləngərli yerişin var,
Yerişinə qurban olum.
 Şux qamətin , duruşun var,
Duruşuna qurban olum.

Yaxşı oxu, yaxşı çalış,
Danışanda doğru danış.
Mənə xoşdur sənlə görüş,
Görüşünə qurban olum.

Şəkərdən şirin dilin var,
Daraq batmayan telin var.
Biliklə yarış, yerin var,
Yarışına qurban olum.

Ürəyimin təpərisən,
Düşmənimin çəpərisən.
Dönmə düz yoldan geri, sən,
Hər işinə qurban olum.

Kefi kökdü Lələdağın,
Sizdə görür cavanlığın.
Səni yetirən torpağın,
Qarışına qurban olum.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri