DÖYÜŞ ARZUSU


DÖYÜŞ ARZUSU
Nuhun səsi gəlir İşıqlıdağdan
Babam işıq görüb, burda dağ görüb.
Gözəldağ səsləyir bizi uzağdan
Neçə nəsilləri bu torpaq görüb.

Bu dağda saz çalıb dədəniz Qorqud,
Yalyurdda yaylayıb dəli Xaqnçoban.
Kimlərdən qalıbdı bizlərə bu yurd,
Burda pərvazlanıb neçə qəhrəman.

Burda kişnəyibdi, şahə qalxıbdı,
Yaxşı kişiləri, yaxşı atları.
Düldülü, Qıratı, Dürat, Bozatı,
Biz də unutmayaq gərək onları.

Burda Alapaça yetib Qırata
Koroğlunu suya basıb Mustafa
Burda ər oullar çatıb murada
Burda namərdləri asıb Mustafa

Bu hicran karvanı uzanıb gedir,
Yollardan çəkilmir qatı duman, çən.
Qartal oylağında bayquş sehr edir,
Bizi haraylayır anamız vətən.

Bizi haraylayır Arzubulağı,
Çəkir ağuşuna Göbəkdaş məni.
Yolumu gözləyir Hacının bağı,
Itirib axtarmır o sirdaş məni.

Zarıyır nənəmin küllənmiş sacı,
Yanıb külə dönüb yazın təzəyi.
Yağının şərbəti acıdan acı,
Kim bizə tapşırıb bu gözləməyi?

Bizi haraylayır gecə Gülbağı,
Gülün ləçəyinə yenə xar düşüb.
Nadanlar yığılıb kəndin içinə,
Bir quru çöp üstə vurhavur düşüb.

Bizi haraylayır doğma kəndimiz,
Onun kimi vardı bizdən savayı.
Möhnətə nə qədər dözməliyik biz,
Nəyimiz qalıbdı düzdən savayı.

Otuz payiz getdi, otuz qış getdi
Otuz yazı, yayı yola salmışıq.
Doğma yuvasından saysız quş getdi,
Indi o yerlərə həsrət qalmışıq.

Nəyi gözləyirik ərlər, ərənlər,
Nəsillər torpaqdan uzaqlaşırlar.
Kimdi gül bağında çiçək dərənlər,
Orda “ haqqamışlar” hırıldaşırlar.

Afat yeli əsir bizim dağlara,
Gözəllər gəlmirlər çeşmə başına.
Həsrətlə baxırıq ötən çağlara
Səhənglər söykənmir bulaq daşına.

Boynu bükük qalıb, intizar qalıb,
Ulu babaların məzar daşları.
Gülşən bağçasında boran, qar qalıb,
Vətəndən perikib vətən quşlar.

Arzular , diləklər gül kimi soldu,
Sonasız çağlayır sonalı göllər
Vətən deyə-deyə vətənsiz öldü,
Qərib qürbət eldə qərib ölənlər.

Yarıya bölüblər yarı qalmışıq,
Hələ də tapılmır kələfin ucu.
Qırılıb-qıöılıb biz azalmışıq,
Hünər meydanında bizik sonuncu.

Kimlərin əliylə paralanmışıq,
Gör neçə paradır Vətən torpağı.
Kimin gülləsiylə yaralanmışıq?
Kim çəkib sinəmə sağalmaz dağı.

Qorxu bilməzlərin, igid ərllərin,
Artıq sillələnib səbr kasası.
Ala gözlərindən şux gözəllərin
Axır bIldIr-bıldır qanlı göz yaşı.

Nəyi gözləyirik ərlər, ərənlər,
Əsir tonqalları qalanır orda
Orda çiçək dərmir bizim ərgənlər
Zəhərli ilanlar dolanır orda.

Xırıldamaq nədi ,ölmək gərəkdi,
Biz Şəhid olsaq da, Vətən ölməsin.
Mənim diləyim var, torpaq yolunda
Vətəni sevməyən yetən ölməsin

Vətən müqəddəsdin, Vətən uludur,
Eşqimiz , əhdimiz, andımız Vətən.
Vətən həqiqətin, haqqın yoludur,
Doğma anamızdır anamız Vətən.

Hüsnünə baxmadan doymayır gözlər,
Gözəldən gözəldir gülüzlü Vətən.
Doğma ana kimi bizi əzizlər,
Ona can deməsin hər yolan ötən.

Bizə sağol deməz sonra gələnlər,
Yurdu ilanlardan təmizləməsək,
Bizi bağışlamaz yurdsuz ölənlər,
Ruhlar da şad olmaz orda gəzməsək.

Bu sözü deməyə haqqım var mənim,
Axı mənim olub o torpaq , o su.
Yaylaqlar, oylaqlar, bulaqlar mənim
Içimdə boy atır döyüş arzusu.

Haydu igidlərim, düşmənə qarşı,
Qisas qiyamətə qalmasın gərək.
Vətən torpağının bircə qarışı
Yağı tapdağında olmasın gərək!

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri