Qabaqdadır


                                             Qabaqdadır
                                                                   nəticəm Uğurun ad gününə


Mənim göygöz Uğur balam
Şəkər balam , noğul balam
İsdəkləri nağıl balam
Ağ günlərin sabahdadır

Səni sevsin bahar yeli
Şərəfləndir bizim eli
Yaxın qoyma azğın seli
O sel səndən uzaqdadır

Bir yaşın var hələ sənin
Oğlu olmaz tələsənin
Xumar gözün , kələ sənin
Beşikdədir, qucaqdadır

Sən uşaqsan qayğın azdı
Könül bağın bahar yazdı
Bu şeri Əvəz yazdı
Dastan hələ qabaqdadır.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri