Mir Cəlal oldu
Mir Cəlal oldu
(Yazıçı M. C. Paşayevin yüz illiyinə)
Mir Cəlal Paşayev mənim qəlbimdə,
Əbədi yaşayan bir sənətkardı.
Onun həm işində həm əməlində,
Sənət dünyamızın ilməsi vardır.
«Bir gəncin manifesti» şah əsəridir,
Ondan ilham aldıq gəncliyə baxdıq.
Neçə çıraq söndü, gecə əridi,
Qara gün içindən, ağ günə çıxdıq.
Gərdiş məngənəsi sıxsada onu,
Heç vaxt əyilmədi, heç vaxt sınmadı.
Sevdi ana yurdu, sevdi vətəni,
Nadan qoltuğuna o, qısılmadı.
Dərd gələn yolları bağlamaq çətin,
Şimaldan boylandı qasırğa, tufan.
İldırım önündə dayandı mətin,
Ləl-gövhər süzüldü dodaqlarından.
Milləti ağ günə qovuşsun deyə,
Gəzdi tikanlığı yalın ayaqla.
Zəkası, biliyi çatdı köməyə,
Sözü haqla oldu, qələmi haqla.
Ürəkdən sevdiyi Azərbaycana,
Arifi, Hafizi, Nərgizi verdi.
Mən də ömür boyu borcluyam ona,
Mənə ibrət adlı bir dərsi verdi.
Elin dərd- sərini içində çəkdi,
Bəzən içində də qalmaqal oldu.
Sözdən saray tikdi, gözəl bağ əkdi,
O bağın bağbanı Mir Cəlal oldu.
Əvəz Mahmud Lələdağ
Комментарии
Отправить комментарий