Bilmirəm


Bilmirəm

İsti yuvam soyuq olub,
Qala bilmirəm, bilmirəm.
Yağılardan qisasımı,
Ala bilmirəm, bilmirəm.

Qoyub gəldim Sarıyalı,
Dərd yaramı sarıyanı,
Yadı mənə sırıyanı,
Hələ bilmirəm, bilmirəm.

Baxammıram o yollara,
Çıxammıram o yollara.
Şirin-şirin xəyallara,
Dala bilmirəm, bilmirəm.

Sərin gördüm mən bu yazı,
Bəd yazıldı, bəd bu yazı.
Sinəmdəki qəmli sazı.
Çala bilmirəm, bilmirəm.

Başı qarlı dağım qaldı,
Nehrə-nehrə yağım qaldı,
Necə gözəl çağım qaldı,
Gülə bilmirəm, bilmirəm.

Ay Arxalı, ay Lələdağ,
Ayrı düşdük, gərdişə bax.
Əl eyləmə, Sərinbulaq,
Gələ bilmirəm, bilmirəm.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri