DAĞLARIN


DAĞLARIN
İqlimi dəyişib, çəni görünmür,
Döyür təğəsinə dolu dağların.
Sünbül vəqəniyib, dəni görünmür,
Çoxdandır süzülmür balı dağların.

Heç vədə kəndimə vida deməzdim,
Qalsın varım-yoxum yada, deməzdim,
Karvansız cığıra Cada demzədim,
Görünür yüklənmir kəli dağların.

Yağlı örüşlərdə sürü görünmür
Işıqlı dağının piri görünmür
Yaş əldən çıxıbdı, quru görünmür
Sağına gəlməyir malı dağların.

Məni bağışlamaz o təpə, o dik
Şair gözlərini yollara ha dik.
Buğlanmır bulama, bişməyir hədik,
Orada dəyişir halı dağların.

Niyə açılmayır bağlı yolları,
Məni qucağlamır geniş qolları
Yalçın qayaları, hamar salları.
Düşməsin çovğuna kolu dağların.

Unuda bilmirəm o zamanları,
Unuda bilmirəm Xançobanları!
Gələ igidləri, qəhrəmanları,
Çəkə keşiyini ulu dağların.
                                                 ( 2018 )

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri