BAX, CƏNNƏT ƏHLİNİN BİR QIZI ARTDI
Bax, Cənnət əhlİnİn bİr
qızı artdı
Əziz
Sunayın əziz xatiurəsinə
Mənim eşitdiyim o fəryad səsi,
Yandırdı dağları, daşları, Allah!
Bir ana qəlbinin həzin naləsi,
Ağlatdı göydəki quşları, Allah!
Yandırdı dağları, daşları, Allah!
Yaman tələsidi amansız ölüm,
Sunayım dünyadan vədəsiz köçdü.
Apardı körpəni o qansız ölüm,
Əcəl şərbətini çox erkən içdi.
Sunayım dünyadan vədəsiz köçdü.
Taleyi üzünə gülmədi fəqət,
Bir göz qırpımında dayandı ürək.
O məsum fidanda qalmadı taqət,
Uçdu əlimizdən könül quşu tək.
Bir göz qırpımında dayandı ürək.
Göylərin soltanı Günəş hay saldı,
Gündoğan, günbatan haraya gəldi.
Parlaq ulduzların, Ayın səsinə,
Mələklər axışıb saraya gəldi.
Gündoğan, günbatan haraya gəldi.
Mələklər yas tutdu, matəm saxladı,
Atanın gözündə yaş gilələndi.
Ellərin dərdini, ellər ağladı,
Göylər nərə çəkdi, yer silkələndi.
Atanın gözündə yaş gilələndi.
Batdı ürəklərə hicran tikanı,
Bu qədər sitəmə ürək neyləsin?
Dondu buza döndü Sunayın qanı,
Haqqın bəlasına kömək neyləsin?
Bu qədər sitəmə ürək neyləsin?
O fidan çiçəyim batdı al-qana,
Qızıl qan selində qızardı lalə.
Hicran yanğısından alışdı ana,
Gərdiş necə qıydı o zərif gülə.
Qızıl qan selində qızardı lalə.
Bu afat küləyi hayandan əsdi,
Bacı sirdaş oldu qəmə, kədərə.
Bu zalım fələyin nə idi qəsdi,
Aləmi qərq etdi düşüncələrə.
Bacı sirdaş oldu qəmə, kədərə.
Elə bil gözlərim bir himə bənddi,
Kirpiyim tərpənsə, leysan tökülər.
Ömrümün payından bir il də ötdü,
Qəm, qüssə yaxamdan çətin əl çəkər.
Kirpiyim tərpənsə, leysan tökülər.
Məndə hal qalmadı, dözüm qalmadı,
O, həyat eşqiylə cahana gəldi.
Söhbətim tükəndi, sözüm qalmadı,
Köməyə nə ata, nə ana gəldi.
O, həyat eşqiylə cahana gəldi.
Səninlə yenidən, ay Sunay qızım,
Əvəzin görüşmək arzusu artdı!
Sən getdin, sayımız azaldı bizim,
Bax, Cənnət əhlinin bir qızı artdı.
Əvəzin görüşmək arzusu artdı!
Комментарии
Отправить комментарий