Gözlərin


Gözlərin

Gur zülfün dağların gur şəlaləsi,
Az qalır canımı ala gözlərin.
Lalə yanaqların bahar laləsi,
Necə də gözəldir ala gözlərin.

Incəsən gülşənin tər çiçəyi tək,
Xoşbəxt o kəsdir ki, səni sevəcək.
Kaş mənim olaydın ay qara birçək,
Kaş məni ovsuna sala gözlərin.

Qəlbindən kədəri, qəmi çixart, at,
Ayna camalında gözəllik yarat.
Ülvi məhəbbətə, sevgiyə can at,
Istərəm mənimlə ola gözlərin.

Könlündən keçəni danış, mələyim,
Dərddən xali olsun dərdli ürəyim.
Bəlkə Əvəz oldu bir gün gərəyin,
Zillənə üzümdə qala gözlərin.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri