Ay gözəl


Ay gözəl

Dan üzünün şəfəqimi,
Üzündəki al, ay gözəl.
Bizim dağın balıdırmı,
Ləbindəki bal, ay gözəl.

Ağ buxağın ağ dələmə,
Mənə yaman gün diləmə.
Aşiqinəm, zülm eləmə,
Bir canım var al, ay gözəl.

Ağrın alım, dağlar qızı,
Gəl eyləmə işvə-nazı.
Qoynundakı bir cüt quzu,
Edib məni qul, ay gözəl.

 Əl uzatdım, hürkdü birdən,
Ağlım, huşum çıxdı sərdən.
Əvəz döndü bu səfərdən,
İndi yalqız qal, ay gözəl.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri