Eyləyirsən


Eyləyirsən

Yığdın ürəyimə hicran dərdini.
İndi də sinəmi yol eyləyirsən?
Çəkdiyim zəhməti hədərə verdin,
Qanqalı bəzəyib gül eyləyirsən.

Bəd züryət bəxş etdin bəxtimə, lələ,
Dünənim yadından çıxmadı, lələ.
Heç sənin vicdanın yoxdumu, lələ
Aqili nadana qul eyləyirsən.

Niyə kəc baxırsan mənə, pənahım,
Niyə demirsən ki, nədir günahım?
Dağları, daşları yandırır ahım,
Odumu sğndürüb kül eyləyirsən.

Mənim varlığımı sən yaratmısan,
Dərdi sevincimlə tən yaratmısan.
Qisməti Əvəzdən den yaratmısan,
Milçəyi böyüdüb fil eyləmisən.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal