Ağrıma, dişim, ağrıma


Ağrıma, dişim, ağrıma

Gəl qızılın baha vaxtı
Ağrıma, dişim, ağrıma.
Dirənmə ki daha vaxdı,
Ağrıma, dişim, ağrıma.

Başlayırsan gecə yarı,
De, oyadım necə yarı?
Sən incitmə qocaları,
Ağrıma, dişim, ağrıma.

Qəlbim olub şüşə kimi,
Gözlə məni qışa kimi.
Pul istəyir diş həkimi,
Ağrıma, dişim, ağrıma.

Sənin mənə vəfan hanı,
Düşməni seç, dostu tanı.
Sən Əvəzin şirin canı
Ağrıma, dişim, ağrıma.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri