Yaddan çıxmaz günlərin sorağında .


Yaddan çıxmaz günlərin sorağında .

Şair-publisist Əvəz Lələdağ uzun illərdir ki, eşidib-gördüklərini, xatirələrini dövri mətbuatda cap etdirir.Geniş oxuçu kütləsinin dərin rəğbətini qazanan bu yazılar əhatəli məzmunu ,maraqlı süjeti, başlıçası isə həyatiliyi ilə həmişə diqqət mərkəzində olmuşdur.Oxuçuların əsasən şair-publisist kimi tanıdıqları Əvəz Lələdağın nəsri də poeziyası  kimi ürəyəyatımlı,düşündürüçüdür. Yazıcının qələmə aldığı əsər o vaxt müvəffəqiyyət qazanır ki, bitkin süjetə, maraqlı kompozisiyaya əsaslanır. «Yaddan cıxmaz günlərim» adlandırdığı bu yeni əsərində  yazıcı müşahidə etdiyi hadisələri  sadəçə təsvir etməklə kifayətlənmir, bu hadisə və əhvalatların arxasında gizlənən  həyat olaylarının  mahiyyətini acmağa calışır. .Ə.Lələdağ bu kitabda vahid süjet xətti ətrafında birləşən bir əsər yaranmağı qarşısına məqsəd qoymamışdır. O,müxtəlif səpkili yazılarını «Düşmənə inanan özünə düşməndir», «Xanalı kişinin taleyi», «Hər ağaran qar olmaz», «O gün uzaqda deyil» və s. elə ustalıq  və məharətlə əlaqələndirmişdir ki, oxuçu müxtəlif mövzunu  yazılar oxuduğunu hiss etiir, əsəri birnəfəsə  oxuyub başa catdıqdan sonra  bu yazıların fərqinə varır. Bunun başlıca səbəbi odur ki, Ə.Lələdağ nədən yazırsa yazsın  ürəyinin səsinə qulaq asır, həyatiliyi ön plana cəkir.
Poeziyasında olduğu kimi nəsr əsərlərində də Əvəz Lələdağ öz dəsti-xəttinə sadiqdir. Kənd həyatı, doğma təbiəti, ulu Zəngəzurun təkrarsız gözəllikləri, dədə-baba ocaqlarının sönməz həsrəti əsər boyu yazıcının təsvir və obrazlı təhlilində yeni  boyalarla, yeni keyfiyyətlərlə üzə cıxır.Bu vaxtından avtobioqrafik səçiyyə daşıyan  «Yaddan çıxmaz günlərim» povestində təsvir olunan hadisələr yalnız bir insanın taleyini əks etdirmir .Əsərin əsas qəhrəmanı Qələndərin başına gələn əhvalatlar 30-çu illərdən bəri həyatın bütün ağrı-açılarını görmüş bir insanın dünya və həyat  haqqında,müdrük düşünçələridir. Oxuçu Qələndərin elə uşaqlıqdan qırılan taleyi,nakam arzuları ilə yaxından tanış olduqda insan övladının
Qranit dözümünə heyran qalır. Qələndərin, atamı nənəmdən soruşdum «ağrılı harayı oxuçuya da sirayət edir. Bu haray o illəri görüb yaşamış oxuçuya nə qədər Təsir edirsə.müasir g       ənçliyin də ic duyğularına oçür təsir edir. Cünki,yaşanmış bu ömrün ağrıları duyub-düşünən nəsillərə hec vaxt yad olmur. Bu nəsillərin arasındakı zaman ölcüsü on illərlə olursədə səmimilik və insani dərdlər. Bəşəri duyğular onları həmişə birləşdirib. Yaddan cıxmaşı günlərim povestini oxuyub başa catdıqdan sonra həssas oxuçu bu fikrin cətinliyinə bir daha əmin olur.
Əvəz Lələdağın bir yazıcı kimi tanıdan məziyyətlərdən biri də Zəngəzuru otundan cicəyinə ,zəmisindən çığırına , yalından yamaçınadək sevə-sevə təsvir etməsidir.
Povestin  qəhrəmanı ən ağır günlərində təbiətə sığınır,aç qalanda yemlik yığıb yeyir, dərdlənəndə dağa cıxır. Təbiət sanki bir növ Qələndərin həmdəminə cevrilir, onunla ünsiyyət tapır.
Bəlkə elə buna görədir ki, Ə.Lələdadağ həm şair, həm də bir  nasir kimi öz əsərlərində həmişə təbiəti ön plana cəkir. Təbiətin  qoynunda təsvir olunan hadisə nə əhvalatlar bir cox bədii mətləblərin təsdiqinə cevrilir.
Povest boyu Qələndərin həyatın cətinlikliklərinə sinə gərə-gərə mətinləşməsi,dünya hadisələrindən müdrikliklə baş cıxarması inkişaf etdirilir, hadisələrin  dinamik inkişafı süjetin möhkəmliyinə, obrazların bütövlüyə xidmət edir.
Son illər Ə.Lələdağ yaxın kecmişimizə tez-tez üz tutur. Bu da təbiidir. Cünki XX əsrin sonuncu iki onilliyində baş verən  hadisələr, xalqımızın taleyinə, onun görkəmli oğul və qızlarının sinəsinə endirilən namərd  qələncı bir yazıcı və vətəndaş kimi onu daim narahat edir.
Elə buna  görədir ki,Ə.Lələdağ gah kecən əsrin əvvəlinə, gah da  dəhşətli represiya illərinə müraçiət edir. Oxuçu Soltan bəy kimi, kişi Tağat, Qacaq Süleyman kimi vətən övladlarının  taleyinə, əsən qara küləklərin  zərbəsini öz ürəyində hiss edir . Erməni daşnaklarının Qərbi Azərbayçanda baş vermiş qırğınların təsvirində  yazıcı  cox zəngin   faktiki  həyati  sənədlərə,  materiallara   əsaslanır. Erməni  daşnaklarının  vandalizminin  içtimai  və  tarixi   səbəblərinin   mahiyyətini  acmağa   calışan  Ə.  Lələdağ   müxtəlif  tarixi  hadisələri  müqayisəsini  aparır,  bu  günkü  façiələrimizin , obyektiv  səbəblərini  araşdırır. Elə  buna  görədir  ki, XIXəsrin  əvvəlindən,XXI əsrin  başlanğıçınadək  ermənilərin  xalqımıza qarşı törətdikləri  soyqırımı, misl  görünməmiş  terrorlar arasında Ə.Lələdağ  üzvi  bir  əlaqə  görür  və  buəlaqələrin  şər qüvvələrə  xidmət  edən  insan  zəkasının  törətdiyi  bədii  publisistik  bir  dillə  oxuçulara  catdırır.  Oxuçu  Sürəyya  xalanın  simasında  («Məni  görən  ağlasın»)  50-çi illərin  repressiyası  qurbanlarının,  Azərin  simasında  isə  90-çı  illərdə  imperiya  qüvvələrini  xalqımısza   qarşı  törətdikləri  çinayətləri əks  etdirir.Ə.  Lələdağ   tarixci  olmasa  da,  bütün  bu  tarixi  hadisələrin  əsl  mahiyyətini,həyat həqiqətlərini  bədii sözün  güçü ilə əks etdirir. Yeri gəldikçə  xalq  ədəbiyyatından , özünün zərif ruhlu şe№rlərindən istifadə etməklə  müəllif qələmə aldığı   mövzuların tə№ sir güçünü daha da  artırır.
Ə.Lələdağ şe№rlərində  olduğu  kimi  nəsrə əsərlərin də etnoqrafik  səpgidə fikirlərini oxuçuya catdırır. Zəngəzur kəndlərində işlənən sivə sözlərini obrazların dilindən xüsusi uslubla işlədir. Məsələn, sınıxma (arıqlamaq), vəğənimək (qurumaq), qəlbi (uça),xarntara (bu qədər) ,çidov (yara), tappır (yəhər kəməri), nuar (dəvənin yəhəri) , vənətsə (hay-küy) , samubagı , ambıl (kotanın 1-çi çərgədəki öküzləri) sazik (2-çi çərgədəki öküzlər), əlaltı (axırınçı çərgədəki öküzlər ) və s.
Torpağın yaddaşı olan və Zəngəzur kəndlərinin toponimiyasında aktiv halda işlənmiş, yer-yurd adlarını (Qəzərölən, Yelşvə, Qarabulaq, Qızılboğaz, Beşbulaq, Əhməd dibək, Almalıq, Daşlıyer və s )  Ə.Lələdağ gələçəyə bir yaddaş kimi səsləndirir. Səsləndirir ki, nəsillər də dədə-baba yurdlarından halı olsunlar. Erməni fitnəsini dərk etsinlər. Kənd yerlərində daha aktiv işlənən ləqəblər (Dərzi Abbasququ, Qurd Çəbi, Qurd İsmayıl və s) və zoonimlər –heyvan adları da («Telli», Saqqal , «Topçax», «Maral» və s ) əsər boyu xatırlanır və bizi yenidən kənd həyatına qaytarır.
Azərbayçan  dilinin inçəliklərini , el deyimlərini və xalq həyatını dərindən bilən müəllif mətnin məzmununa uyğun həm də obrazların dilindən uyğun olaraq, «Doşab almışam bal cıxıb».Burada mənəm Bağdadda kor xəlifə , «Quş gəlsə qanad salar, qatır gəlsə  dırnaq» və s. atalar sözlərini ustalıqla işlətmişdir. Bundan başqa dilimizin lüğət tərkibində bu gün də işlənən frazeoloji vahidlər-ideomotik ifadələr də obrazları fərdiləşdirmək  ücün verilmişdir .
«Qələmə xod vermək», «boyuna qamış olcüm», «arxasına qır vermək» , « iki baş dörd ayaq olmaq», «dediyimi qulağının ardına vermək», «toqqa altı bərkitmək» və s.
Kitabda şair yaddaşını cözələyəçək  yeri gəldikçə poetik bicimli misralarla böyük bir löhvə yaradır.
Səhər-səhər nazlı günəş güləndə
Körpə güllər göz yaşını siləndə
Telli inək ceşdəmiiyə gələndə
Nənəm durub sərniçini yuyardı
Südü sağıb oçaq üstə qoyardı
Göründüyü kimi bədii ifadə vasitələrindən istifadə edərək müəllif xalq həyatının Əvəz Lələdağ yaradıçılığının cətin yollarında bədii sözün ağırlığını ləyaqətlə daşıyır.Bu kitabı oxuyan oxuçunun da bu qənaətə gəlmələrinə ürəkdən inanırıq.
Yazıcının özü ilə biz də oxuçu da yaddan cıxmaz günlərin sorağında dünənə , bu günə və gələcəyə boylanır.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal