Olmasa


                                   Olmasa

Mən nə yazım, dərd çox,dərdə həmdəm yox ,
Qəddimi əyibdi Zəngəzur dərdi.
Yaşıl yaylaqlarım yadlara qaldı,
Bağçamın gülünü özgələr dərdi.

Yaşılbaş sonalı göllərim hanı,
Tamarzı qalmışam qartal qıyına
O sazlı, söhbətli ellərim hanı,
Görən toy çatarmı kəndçi toyuna

Ağsaqqal babalar, ahıl nənələr,
“Mirzeyi” havası oynayardılar.
“Çalpapaq” oxuyan o şirin dillər
Elin adətini qoruyardılar.

“Mənim havamı çal,Heyvagülü  çal”
Getmir qulağımdan hələ də o səs.
Ellərin qəlbində yaşaya bilməz,
Elin adətindən uzaqlaşan kəs.

Sevgi yağışının çəni gələndə ,
Eşqin hənirini duyardı bülbül
Külək budaqlardan tozu siləndə,
Başını gül üstə qoyardı bülbül.

Bizə qüvvət versin böyük yaradan,
İnsan yurdda qalar kamal olmasa.
Həsrətin əlindən qurtarmaz yaxam,
Hicranın qənimi vüsal olmasa.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri