Qaraldı


Qaraldı

Ağlamaqdan  bəyaz  gəldi  gözümə,
Dünya aləm gözlərimdə qaraldı.
Tüpürəsən bu gərdişin üzünə,
Gülşənimi boran aldı, qar aldı.

Heç bilmirəm kimə deyim bu dərdi,
Bağ becərdim barı özgələr dərdi.
Biganənin nə azarı nə dərdi,
Gülün üstün gəlib qəfil xar aldı.

Indi soruşuram, lələ dağ hanı,
Yolunu gözləyən Lələdağ hanı.
Əvəz kimi yanan lələdağ hanı?
Xəzan vurdu fidan gülüm saraldı.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri