Nə deyim


Nə deyim
Zehinim korolıb, yaddaşım itib,
Yadımda qalmayır dünən yediyim.
Neçə dostum itib, sirdaşım itib
Sənə aiddir dostum, dediim.

Gözlərim elatın yolunda qalıb,
Qocalıq əsası əlimdə qalıb.
Yara söylədiyim dilimdə qalıb
Qalıb yad əllərdə bərəm, gədiyem.

Həvəsim, düşüncəm atından enib,
Indi o çağlarım xəyalə dönüb.
Təndirim qaralıb, ocağım sönüb
Çoxdandır buğlanmır, “ Çəkməm”, Hədiyem.

Həsrətin yolları uzandı, getdi,
Yadlar xeyli yatır qazandı, getdi.
Namərd yaman dandı düz andı, getdi
Günahkar özüməm, kimə nə deyim!
              Əvəzdi,
                                              ( 2018 )

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri