Qızım


“ Hanı, məni bir qaqa qoqqudu...”
Gücün ağlamağa çatırdı, qızım.
Sənin kiçik bacın taxtın üstündə,
Xəbərsiz, ətərsiz yatırdı, qızım.

Təzə don geyimli toya gedərdin,
Qonşuda hay olsa, haya gedərdin
Səhəngi götürüb suya gedərdin,
Üst-başın abırlı batırdı, qızım.

O dağların zirvələri qarıdı,
Mənim yaşım yavaş-yavaş qarıdı
Nənən, baban, atan,anan varıdı
Onlar mərdlik tumu satırdı, qızım.

Gərdiş zurnasını hələdə çalır,
Dünyanın sirləri sirr kimi qalır
Niyə övladların sayı azalır,
Indi ayğır atlar qatırdı, qızım.

Vaxt çatıb, az qalıb dünyadan köçəm,
Əcəl şərbətini doldurub içəm.
Bütün övladlarım, nəvəm, nəticəm
Əvəz Lələdağa yatırdı,  qızım!

                                                                                                               ( 2018 )

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri